Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Cəmiyyət / BQXK-dan əsirlərin mübadiləsi ilə bağlı açıqlama

BQXK-dan əsirlərin mübadiləsi ilə bağlı açıqlama

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) bitərəf vasitəçi olaraq Qarabağ münaqişəsi tərəflərinin əsirlərin mübadiləsi öhdəliyini yerinə yetirməyə hazır olduqları barədə bəyanatı alqışlayır.

Bu barədə BQXK-nin Ermənistan nümayəndəliyinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni deyib.

O bildirib ki, prosesin təşkilində kömək etməyə hazırdırlar: “Konkret addımlarla bağlı istənilən müzakirə məxfi xarakter daşıyır. BQXK əməkdaşları mütəmadi olaraq hərbi əsirləri və girov götürülmüş mülki şəxsləri ziyarət etməyə davam edir. Təşkilat səlahiyyətləri çərçivəsində bu şəxslərin yaxınları ilə əlaqə saxlayır”.

Həmçinin oxuyun

Elmira Axundovadan qalmaqallı məktubla bağlı açıqlama: – “Bəsdirin də, biz min dənə məktub yazırıq”

Sabiq səfir Elmira Axundova Ramiz Mehdiyevə 2018-ci ilin 30 iyun tarixində oğlu Həbib Axundovun adının …