Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Cəmiyyət / Bakı zooparkı fəaliyyətini dayandırır

Bakı zooparkı fəaliyyətini dayandırır

“Bakı Zooparkı yenilənir, hazırda heyvanların köçürülməsi prosesinə başlanılıb”.

Bunu “Trend”ə Zooloji Parkın direktoru Azər Hüseynov deyib.

A.Hüseynovun sözlərinə görə, zoopark bir neçə aylıq fəaliyyətini dayandırır:

“Bakı Zooparkı genişləndirilərək əsaslı təmir ediləcək, heyvanların şəraiti yaxşılaşdırılacaq. Hazırda parkın ərazisi 2.25 hektardır, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra 4.25 ha olacaq”.

Parkın direktoru heyvanların müvəqqəti olaraq Qaradağ rayonuna köçürüləcəyini bildirib:

“Artıq köçürülmə prosesi gedir, Qaradağ rayonunda heyvanlar üçün xüsusi yerlər hazırlanıb. Ola bilsin, işlər bitdikdən sonra Zooloji Parka yeni heyvanlar da gətirilsin. Ancaq bu məsələ hələ dəqiq deyil”.

O eyd edib ki, genişləndirmə və təmir işlərinin yekunlaşma vaxtı işin gedişatından asılıdır: “Əgər hər şey öz yolunda gedərsə, işlər təqribən 6 aya, yəni yayda bitəcək”.

Həmçinin oxuyun

Elmira Axundovadan qalmaqallı məktubla bağlı açıqlama: – “Bəsdirin də, biz min dənə məktub yazırıq”

Sabiq səfir Elmira Axundova Ramiz Mehdiyevə 2018-ci ilin 30 iyun tarixində oğlu Həbib Axundovun adının …