Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda ən yaşlı pensiyaçının 132 yaşı var

Azərbaycanda ən yaşlı pensiyaçının 132 yaşı var

Azərbaycanda ən yaşlı pensiyaçının 132 yaşı var. O, hazırda Lənkəran rayonunda qalır.

Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Respublika üzrə kişilər arasında ən yaşlı pensiyaçı Bakı şəhər sakini İbrahimov Hilal İsa oğludur. O, 1915-ci il iyulun 1-də anadan olub. Qadınlar arasında ən yaşlı pensiyaçı isə Lənkəran rayon sakini Əzizova Tamam Əli qızıdır. O, 1890-ci ilin yanvarın 1-də anadan olub. Hazırda onun 132 yaşı var.

Həmçinin oxuyun

Xaləddin İsgəndərovun oğluna məxsus 4 şirkət bağlandı

“Synergy Group”a aid daha 4 şirkət ləğv edilib. İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti mayın …