Ana səhifə / Cəmiyyət / “AZFEN” ŞİRKƏTİNDƏN DƏRƏBƏYLİK: “QƏZAYA SALDIQLARI SÜRÜCÜYƏ KÖMƏK ETMİRLƏR” (FOTO)

“AZFEN” ŞİRKƏTİNDƏN DƏRƏBƏYLİK: “QƏZAYA SALDIQLARI SÜRÜCÜYƏ KÖMƏK ETMİRLƏR” (FOTO)

Vətəndaş Allahverdiyev Məhəmməd Zeynal oğlu bp-nin podratçı şirkəti olan “Azfen”-in onun başına gətirdiyi müsibətlər barədə Azinforum.az-a məlumat verib. Şikayətçinin sözlərinə görə, özünə məxsus olan “DAF” markalı yük avtomobili ilə  müqavilə əsasında “TANAP” layihəsinin tikintisi üçün lazım olan plastik platformaların daşınması işini həyata keçirib.

 Sentyabrın 16-sı tarixində növbəti yükdaşımanı edib, malı təhvil verən zaman “Azfen”in işçilərinin səhlənkarlığı ucbatından qəzaya tuş gəlib. Ucar rayonu ərazisində yükü podratçıya təhvil verərkən,  qaldırcı kran çəkisi 2 ton 100 kq olan platformanı yük maşınının üzərinə salıb. Şikayətçi deyir ki, hazırda ona məxsus olan “DAF” markalı maşın qəzalı vəziyyətdə Ucarda qalıb:

“10 gündən artıqdır ki, mən işsiz qalmışam. Qəza da mənim günahım ucbatından baş verməyib.  Mənə 5-6 min dollar çivarında ziyan dəyib. Nə pulu verirlər ki, mən dəymiş ziyanı aradan qaldırım, nə də özləri məsələni həll edir. Yalnız tapşırırlar ki, yuxarılara şikayət etməyim. 10 gün susdum, ancaq görürəm ki, heç aşağılar da, məsələni həll etməkdə maraqlı deyil. Mətbuatdan xahişin budur ki, məsələnin ictimailəşməsinə kömək etsinlər. Bəlkə bundan sonra, “Azfen” insafa gəlib mənim problemimi həll edər. Hər halda, qəzaya saldıqları sürücüyə kömək etmək onların borcuna aid olan məsələdir”.

Edilən şikayətlə bağlı “Azfen” rəhbərliyi ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da, mövqeyini dinləməyə hazırıq.

az2

az1

 az3

 

Rövşən ƏLİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini …

Bir cavab yazın