Ana səhifə / Cəmiyyət / Avtomobilin üstündə oynayan rəqqasədən DYP-yə cavab: “Zövq alıram…”

Avtomobilin üstündə oynayan rəqqasədən DYP-yə cavab: “Zövq alıram…”

Bakıda avtomobilin üstündə rəqs edən Simona Amirova təhlükəli hərəkəti ilə yenidən gündəmi zəbt edib.

AzNews.az xəbər verir ki, Simona Amirova bu dəfə Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsində yolun kənarında avtomobilin üstünə çıxaraq rəqs edib. Qızın rəqsi sürücülərə mane olaraq, onların diqqətini yayındırıb. Simona isə avtomobil üzərində rəqsindən zövq aldığını və hərəkətindən peşman olmadığını bildirib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Bölmə rəisi Vaqif Əsədov isə Simona Amirovanın bu rəqsinə görə, idarəyə çağırılacağını və ciddi xəbərdarlıq edilməklə cərimə olunacağını bildirib.

Qeyd edək ki, bundan öncə Simona Amirova avtomobilin üzərinə çıxaraq rəqs etmişdi. Onun bu rəqsini əks etdirən videosu yayıldıqdan sonra Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəqqasəni və onun üzərində rəqs etdiyi avtomobilin sahibinini cərimələmişdi.

Həmçinin oxuyun

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini …