Sosial şəbəkədə biz:
“Mənə ürək-dirək lazım deyil” - Yanğında həlak olan Arzunun atası
Xəbər Şəkli

“Mənə ürək-dirək lazım deyil” - Yanğında həlak olan Arzunun atası

25 November 2025, 08:43
Cəmiyyət

"Mənə ürək-dirək lazım deyil, zatən həyatımın mənasını itirmişəm. Əvəzində bu faciə ilə bağlı məlumatları paylaşıb gündəmdə saxlayın".

Bu sözləri Yasamalda baş verən yanğın zamanı həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov şəxsi instaqram səhifəsində yazıb.

"Eyni zamanda sahibkarın, bu özbaşınalığa rüşvət qarşılığında göz yuman səlahiyyətli şəxslərin hər birinin məsuliyyətə cəlb edilmələrini tələb edirəm",- deyə o digər bir paylaşımında qeyd edib./milli.az