Sosial şəbəkədə biz:

Biləsuvarda anasının məzarı başında ölü tapılan şəxslə bağlı yeni detallar

Biləsuvarda anasının məzarı başında ölü tapılan şəxslə bağlı yeni detallar
Xəbər Şəkli
08 November 2026, 11:35
Cəmiyyət

Biləsuvarda anasının məzarı yaxınlığında meyiti tapılan şəxslə bağlı yeni təfərrüat məlum olub.

Hadisə rayonun Xırmandalı kənd qəbiristanlığında baş verib.

Bakıda ailəsi ilə birlikdə yaşayan 35 yaşlı Mövlud Firudin oğlu Mirzəyev təxminən bir həftə əvvəl anasının məzarını ziyarət etmək üçün doğulduğu Xırmandalı kəndinə gəlib.

Yaxınlarının sözlərinə görə, Mövlud Mirzəyev kəndə gəldikdən sonra hər gün qəbiristanlığa gedərək anasının məzarını ziyarət edib.

Onun meyiti anasının məzarı yaxınlığında aşkarlanıb. Mövlud Mirzəyevin hansı şəraitdə vəfat etdiyi və ölümünün səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Mövlud Mirzəyev iki qardaşdan biri olub.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxu.az