Sosial şəbəkədə biz:

Hacı Qalib Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb

Hacı Qalib Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb
Xəbər Şəkli
08 November 2026, 11:16
Cəmiyyət

Bakının Bilgəh qəsəbəsində dövlət tərəfindən vətəndaşların ümumi istifadəsi üçün ayrılmış yolun zəb edilməsi və qanunsuz olaraq çəpərlənməsi ciddi narazılıq doğurub. Seymur Quliyev qonşuluqdakı torpaq sahəsində törədilən özbaşınalığa etirazını bildirib, aidiyyəti qurumların dərhal müdaxilə etməsini tələb edib.

Şikayətçinin sözlərinə görə, Bilgəh qəsəbəsindəki torpaq sahəsinin kənarında yerləşən və dövlət tərəfindən hər kəsin hərəkəti üçün nəzərdə tutulan yol xüsusi maraqlar güdülərək kəsilib. Hacı Qalib və onun gəlini Xatirə Salahzadə həmin ərazini özbaşına, dəmir məhəccərlər quraşdırmaqla ümumi yolu bağlayıblar.

Seymur Quliyev qeyd edir ki, qarşı tərəflə heç bir şəxsi sərhəd münaqişəsi və ya ədavəti yoxdur. Lakin problem fərdi çəkişmədən çox, ictimai maraqlara toxunur: "Bu yol dövlətin ayırdığı ümumi istifadədə olan yoldur. Burada açıq-aydın özbaşınalıq edilir, qanunlar tapdalanır, dövlətin qaydalarına məhəl qoyulmur. Əgər hər kəs bildiyi kimi hərəkət edəcəksə, məhkəmələrə, hüquq-mühafizə orqanlarına nə ehtiyac var? Biz quldarlıq dövründə yaşamırıq; Azərbaycan Respublikasında hər bir vətəndaş qanun qarşısında bərabərdir. Bu şəxs ümumi istifadədə olan yolu xalqın, millətin üzünə bağlamaqla qanunlara qarşı çıxır".

Quraşdırılan qanunsuz hasar təkcə şikayətçinin deyil, Bilgəh qəsəbəsinə gələn qonaqların, dənizkənarı əraziyə keçmək istəyən hər bir sakinin yolunu kəsir. Vətəndaşların sərbəst həkət hüququ kobud şəkildə pozulur, ancaq məsul şəxslər buna göz yumurlar. Şikayətçi vurğulayır ki, əgər hər kəs özbaşına qərar verib dövlət torpaqlarını zəbt etsə, ölkədə anarxiya yaranar.

Seymur Quliyev məsələnin hüquqi müstəvidə həlli və qanunsuzluğun dərhal aradan qaldırılması üçün respublikanın ali qurumlarına səslənib. O, Daxili İşlər Nazirliyinə müraciət edərək ümumi yolu bağlayan bu qanunsuzluğun qarşısının alınmasını və təcili tədbir görülməsini xahiş edir. Vətəndaş Baş Prokurorluğa çağırış edərək xalqa və qanunlara qarşı edilən bu cinayət tərkibli əmələ hüquqi qiymət verilməsini istəyir. Ölkə rəhbərliyinə müraciət ünvanlayaraq, qanunun aliliyinin qorunmasını, bu şəxsin qanun çərçivəsində əyləşdirilməsini və zəbt olunmuş yolun sonuna qədər açılaraq əhalinin istifadəsinə verilməsini xahiş edir.

Musavat.com