Sosial şəbəkədə biz:

Məktəb direktoru işdən çıxarıldı

Məktəb direktoru işdən çıxarıldı

“Paytaxtdakı 308 nömrəli tam orta ümumtəhsil məktəbi direktorunun səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb”.
Bu barədə BŞTİ məlumat yayıb. 
Bildirilib ki, araşdırma nəticəsində məktəbin direktoru Təranə Məmmədova  tutduğu vəzifədən azad olunub və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
“Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”, - məlumatda deyilir.
Xatırladaq ki, ötən gün məktəb direktorunun “mən də burada qulam, pul almışam, yaxşı eləmişəm” kimi ifadələr dediyi səs yazısı yayılıb.




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol