Sosial şəbəkədə biz:

“Kadr hazırlığında ucuz və keyfiyyətli formul işləmir” – Nazir

“Kadr hazırlığında ucuz və keyfiyyətli formul işləmir” – Nazir

“İl ərzində ali məktəbdə bir tələbənin həkim hazırlığına 8 min manat vəsait xərclənir. Mühəndislik və digər ixtisaslarda isə bu rəqəm 2500 – 3000 manat arasında dəyişir”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında deyib.
Nazir vurğulayıb ki, göstərilən rəqəmlər dövlət sifarişi əsasında maliyyələşən ixtisaslara aiddir:
“Kadr hazırlığında ucuz və keyfiyyətli formul işləmir. Çox vaxt insanlar düşünürlər ki, az vəsaitlə yüksəksəviyyəli mütəxəssis yetişdirmək mümkündür. Bu, reallığa uyğun deyil. Azərbaycan - Türkiyə Universiteti, Azərbaycan - İtaliya Universiteti, ADA Universiteti kimi ali təhsil müəssisələrində xərclər daha yüksəkdir”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol