Sosial şəbəkədə biz:

Hansı bölgələrdə insanlar içkiyə daha çox pul xərcləyiblər? – Rəsmi

Hansı bölgələrdə insanlar içkiyə daha çox pul xərcləyiblər? – Rəsmi

Bu ilin ilk yarısına olan məlumata görə, Azərbaycanda əhali alkoqollu içkilərə ayda orta hesabla 2,2 manat vəsait xərcləyir.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ən yüksək göstərici Mərkəzi Aran iqtisadi rayonunda qeydə alınıb. Bu iqtisadi rayonda sakinlər ayda adambaşına orta hesabla 2,8 manat içkiyə pul xərcləyiblər.
Naxçıvan Muxtar Respublikasında da bu rəqəm ölkə üzrə yüksək səviyyədədir – 2,7 manat. Bakı, Qazax-Tovuz, Quba-Xaçmaz və Şərqi Zəngəzurda isə içkilərə ayda adambaşına orta hesabla 2,6 manat xərclənir.
Abşeron-Xızı (2 manat), Gəncə-Daşkəsən (1,7 manat) və Dağlıq Şirvan (1,8 manat) rayonlarında içki xərcləri ölkə ortalamasından aşağı olub. Qarabağda 2,3 manat, Şəki-Zaqatalada isə 2,3 manatlıq göstərici qeydə alınıb.
Ən aşağı rəqəm Lənkəran-Astara iqtisadi rayonunda müşahidə olunub – burada əhali ayda adambaşına cəmi 1,1 manat içkiyə pul sərf edib. Şirvan-Salyanda isə bu rəqəm 1,4 manat təşkil edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol