Sosial şəbəkədə biz:

Fazil Mustafa ərəblərin şəhidlərimizə qarşı hörmətsizliyindən danışdı

Fazil Mustafa ərəblərin şəhidlərimizə qarşı hörmətsizliyindən danışdı

Xəbər verdiyimiz kimi Bakıda qalmaqala səbəb olan hadisə ilə bağlı saxlanılan ərəb turistlər məhkəməyə gətirilib. Onlar şəhidlərin məzarları üzərində təhqiramiz video çəkərək sosial şəbəkələrdə yaydıqları üçün məsuliyyətə cəlb olunublar.

Qeyd edək ki, sözügedən video cəmiyyətdə ciddi narazılıq doğurmuş, şəhid ailələri və ictimaiyyət bunu hörmətsizlik və təxribat kimi qiymətləndirmişdi.

Bəs şəhidlərimizi təhqir edən ərəblərə hansı cəza verilməlidir?

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa Musavat.com-a danışıb. Deputat qeyd edib ki, bu hadisə cəmiyyətdə haqlı olaraq qəzəb doğurub:

“Hüquq-mühafizə orqanları dərhal reaksiya veriblər və məsələ ilə bağlı araşdırma aparılır, yəqin ki, yaxın zamanda rəsmi münasibət bildirəcəklər. Burada açığı, kiminsə tüpürməsi və yaxud linç etmə addımları yalnışdır. Hesab edirəm ki, insanlar nə qədər qəzəblənsələr və narahat olsalar da, qeyri-hüquqi addımlar atması doğru deyil.

Əvvəlcə həmin şəxsin təqsirli olub-olmaması araşdırılmalı, sonra dövlətin qanunları əsasında müvafiq reaksiya verilməlidir. Təbii ki, şəhidlərimizin xatirəsinə qarşı hər kəs həssas davranmalıdır. Bu, ölkəyə gələn turistlər üçün də izah olunmalıdır; kim gəlsə, hansı formada gəlsə, bizim həssas dəyərlərimiz onlara çatdırılmalıdır”.

Millət vəkili əlavə edib ki, şəxsin millətini əsas gətirərək ümumiləşdirmələr etmək düzgün deyil:

“Bütövlükdə, bu məsələ ilə bağlı müəyyən narahatlıqlar təbii ki, ola bilər. Lakin hər zaman diqqət etmək lazımdır ki, şəxsin millətini əsas gətirərək ümumiləşdirmələr etmək doğru deyil. Məsələn, ərəb dilində danışdığı üçün həmin şəxsi dərhal ərəb turisti kimi təqdim etmək, yaxud bütün ərəbləri hədəfə almaq düzgün yanaşma deyil. Qanun pozuntusu törədən şəxsin milləti onun hərəkətlərini şərh etmək üçün əsas olmamalıdır.

Qanun pozuntusu törədən turist qanuni məsuliyyət daşımalıdır və müvafiq tədbirlər qanun çərçivəsində görülməlidir.

Lakin bütün hallarda şəhidlərimizin xatirəsinə hörmət göstərilməlidir. İstər azərbaycanlı, istər əcnəbi vətəndaş olsun, hər kəs sayğı ilə yanaşmalı və onların xatirəsini incidəcək addımlar atmamalıdır”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol