Sosial şəbəkədə biz:

Azərbaycanda rəsmi qəzet bağlandı

Azərbaycanda rəsmi qəzet bağlandı

"Respublika" qəzeti avqustun 18-dən fəaliyyətini dayandırıb. Bu barədə Teleqraf-a qəzetin keçmiş baş redaktoru Hümbət Musayev məlumat verib.

 

Onun sözlərinə görə, fəaliyyətinə xitam verilən "Respublika" qəzetinin kollektivi bu həftədən "Xalq" qəzetinin redaksiyasına köçüb: "Mən burada baş redaktorun birinci müavini kimi çalışıram. İşçilərimizin əksəriyyəti artıq "Xalq" qəzetinin əməkdaşıdır. Yalnız bir neçə nəfər könüllü şəkildə işdən ayrılıb".

 

Keçmiş baş redaktor "Respublika"nın bütün əməkdaşlarının müxtəlif qurumlarda işlə təmin olunduğunu əlavə edib: "Bu həftədən hamı öz yeni iş yerindədir".

 

Qeyd edək ki, "Respublika" qəzeti 1990-cı ildə Nazirlər Kabinetinin mətbuat orqanı kimi təsis olunmuşdu.

 

1996-cı il martın 20-dən qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektivi idi.

 

Xatırladaq ki, Prezident İlham Əliyev bu il iyulun 7-də “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşdirilməsi barədə fərman imzalayıb.




Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol