Çərşənbə , May 8 2024
Ana səhifə / Tibb (səhifə 69)

Tibb

Yüksək təzyiqi DƏRMANSIZ necə müalicə etmək olar? – 6 SADƏ QAYDA

Hipertoniya xəstəliyi bütün dünyada ən yayılmış xəstəliklərdən biridir. Bu xəstəliyə daha çox yaşlı insanlar arasında rast gəlinir. Lakin son zamanlar mütəxəssislər qeyd edir ki, hipertoniya xeyli cavanlaşıb. Təəssüf ki, ilkin mərhələlərdə hipertoniya özünü, demək olar, heç bir simptomla büruzə vermir. Bəzən xəstəlik özünü yalnız son mərhələdə göstərərək insult və ya …

Ətraflı oxu »

Azərbaycanda ürək-damar və xərçəng xəstəlikləri ilə bağlı ölüm halları 15 faizədək artacaq

“Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 2010-2020-ci illər ərzində Azərbaycanda Qeyri-infeksion xəstəliklər (QİX), o cümlədən, ürək-damar və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15 faizədək artması gözlənilir”. Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti şöbəsinin müdiri Nabil Seyidov Tütünlə Mübarizə üzrə IV Milli Konfransında çıxışı zamanı deyib. O …

Ətraflı oxu »

Jurnalistlər üçün müayinə və müalicə 50 faiz endirimlə

Bioloji Təbabət Klinikası Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə jurnalistlər üçün endirim elan edib. Klinikanın Mətbuat xidmətinin rəhbəri Yusif MəhəmmədoğluMedicina.az-a bildirib ki, 25 dekabr – 5 yanvar tarixlərində klinikaya müayinə və müalicə üçün müraciət edən bütün KİV nümayəndələrinə 50 faiz endirim ediləcək. Bioloji Təbabət Klinikası ilə əlaqə: Tel.: (+994 12) …

Ətraflı oxu »

Azərbaycanda unikal cərrahi əməliyyat

Mərkəzi Klinika Xəstəxanasının (MKX) həkim briqadası klinikanın baş həkimi, kardiocərrah Kamran Musayev və ortoped-travmatoloq Elviz Qasımovun rəhbərliyi ilə bu günlərdə unikal əməliyyat icra edib. Belə ki, Bakı sakini Elnur Əliyevin MKX-ya müraciət etməsinə səbəb onun iş qəzası nəticəsində sol baldırın aşağı 1/3 nahiyəsinə 2 tonluq cihaz düşməsi nəticəsində aldığı ağır …

Ətraflı oxu »

Meyitdən orqan köçürülməsi üçün konsepsiya hazırlanır – Nazirlik

“Bu il Mərkəzi Neftçilər Xəstəxanasında 76 xəstəyə böyrək, 9 nəfərə qaraciyər köçürülüb”. Lent.az-ın məlumatına görə, bunu Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, əməliyyat olunan xəstələrin 22 faizi uşaqlardır: “Əməliyyat olunan uşağın ən kiçiyinin 5 yaşı olub. Xəstələrin sayı …

Ətraflı oxu »

Feyxoa hansı orqanlar üçün faydalıdır? -Maraqlı

Subtropik meyvə olan feyxoanın vətəni Braziliyadır. Saglamolun.az bildirir ki, məhz Braziliyada yerli alim və seleksioner Silva Feyxo ilk dəfə bu görkəmsiz bitkiyə fikir verib, onun faydalarını araşdırıb və qidalanmamıza daxil edib. Daha sonra meyvəyə onu ilk kəşf edənin adı verilib – feyxoa. Feyxoa az bir ölkələrdə yetişdirilir. Bu mənada bizim …

Ətraflı oxu »

Aclıq beyin fəaliyyətini yaxşılaşdırır – TƏDQİQAT

Atalarımız “Sağlam bədəndə sağlam ruh olar” deyiblər. Sağlam olmaq üçünsə, düzgün qidalanmaq lazımdır. Ancaq amerikalı ekspertlərin fikrincə, bəzən yeməkdən imtina etmək bədənə rahatlıq gətirir. Xüsusilə baş beyin üçün faydalı olur. AZƏRTAC “7mednews” saytına istinadla xəbər verir ki, ABŞ-ın Milli Qocalma Problemləri İnstitutunun mütəxəssisləri bu sahədə tədqiqat aparıblar. Məlum olub ki, müəyyən məhsulları …

Ətraflı oxu »

Həkimlər telefonun yanında yatmağın ziyanlı olduğunu bildirirlər

Kaliforniyanın Səhiyyə Departamentinin əməkdaşları xəbərdarlıq ediblər ki, insanlar yuxu zamanı smartfonları özlərindən ən azı bir əl məsafəsində saxlamalıdırlar. “Report” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Qeyd edilir ki, mobil telefonlarda şüalanma dozası, hansını ki, insan yuxu ərzində alır, xərçəng və sonsuzluğun inkişafı riskini əhəmiyyətli dərəcədə artıra bilər. …

Ətraflı oxu »

Azərbaycan tibb tarixində ilk – Film kimi əməliyyat…+ Video

“Orqan transplantasiyası cərrahiyyənin ən mürəkkəb sahələrindəndir. Artıq 10 ilə yaxındır ki, Mərkəzi Neftçilər xəstəxanasında uğurlu bir şəkildə qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra edilir. Nəzərə alsaq ki, bu xəstəxanada 500-dən çox insana qaraciyər və böyrək transplantasiyası icra olunub”  Azinforum.az  xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə …

Ətraflı oxu »

Evdə zəli qoydurmaq ölümə səbəb ola bilər

Son zamanlar zəli ilə müalicə üsuluna müraciət edənlərin sayı artıb. Bir dəfə zəli qoydurmağa öyrəşib, faydasını görənlər, sonradan ən adi hallarda belə (məs: başağrısı, təzyiq oynaması və s.) bu üsula müraciət edirlər.  Bəs zəli qoydurmaq təhlükəlidirmi? Yaxud zəlini özbaşına, həkim göstərişi olmadan, ev şəraitində qoydurmaq düzgündürmü? Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən …

Ətraflı oxu »