Şənbə , Aprel 20 2024
Ana səhifə / Tibb / Həkimlər telefonun yanında yatmağın ziyanlı olduğunu bildirirlər

Həkimlər telefonun yanında yatmağın ziyanlı olduğunu bildirirlər

Kaliforniyanın Səhiyyə Departamentinin əməkdaşları xəbərdarlıq ediblər ki, insanlar yuxu zamanı smartfonları özlərindən ən azı bir əl məsafəsində saxlamalıdırlar.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Qeyd edilir ki, mobil telefonlarda şüalanma dozası, hansını ki, insan yuxu ərzində alır, xərçəng və sonsuzluğun inkişafı riskini əhəmiyyətli dərəcədə artıra bilər.

“Telefonu yanında saxlamaq heç vaxt yaxşı ideya hesab edilmir”, – deyə doktor Devra Devis qeyd edib.

Jurnalistlərin sözlərinə görə, mobil telefonların istehsalçılarının özləri faktiki olaraq bu avadanlığın sağlamlıq üçün təhlükəsini bilirlər. Və təlimatlarda onun haqqında xəbərdarlıq edirlər.

Mütəxəssisləri ən çox narahat edən odur ki, insanlar telefonda zəngli saatı quraşdırırlar və onu özlərinin yanına qoyurlar.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …