Ana səhifə / Sosial (səhifə 793)

Sosial

Azərbaycanda siqaret və içkiyə təlabat artıb

Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə bu ilin ilk 4 ayında tütün məmulatlarının istehsalında 2,7 dəfə artım, içki istehsalında 3,6 faiz, qida məhsullarının istehsalında 5,1 faiz azalma müşahidə olunub. Dövlət Statistika Komitəsindən bildirilib ki, bu sahələrin əsas məhsullarından kolbasa məmulatlarının istehsalı 5,5 faiz, cem və marmeladların istehsalı 1,3 faiz, brendi …

Ətraflı oxu »

Bakıda gəmilərin “məzarlığı” – FOTOREPORTAJ

Azərbaycana məxsus istifadə müddəti başa çatmış gəmilər Bakının Bibiheybət qəsəbəsində yerləşən limanda saxlanılır. Onların arasında “General Səlimov”, “Nizami”, “Aşıq Ələsgər”, “General Mehmandarov”, “Qəhrəman Həsənov” və digər şəxsiyyətlərin adlarını daşıyan gəmilərə rast gəlmək mümkündür. İllər öncə Xəzərin sularında üzən bu gəmilər artıq tarixin arxivinə qovuşublar… AzVision.az sakinlər arasında “Gəmilərin məzarlığı” kimi tanınan limandan …

Ətraflı oxu »

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

Mayın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yarımadada havanın temperaturu gecə 15-18, gündüz 26-30 isti, Bakıda gecə 16-18, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, …

Ətraflı oxu »

“AAAF”da bədbəxt hadisə – Fəhlə 12-ci mərtəbədən yıxılaraq öldü

Dünən AAAF Park yaşayış kompleksində bədbəxt hadisə baş verib. Azinforum.az “Qafqazinfo”a istinadən xəbər verir ki, şirkətin işçisi Yusifov Arif İsrafil oğlu səhər saat 11 radələrində 12-ci mərtəbədən yıxılaraq həyatını itirib. Məsələylə bağlı şirkətlə əlaqə saxladıq. Şirkətin mətbuat katibi Kənan Məstəliyev hadisəni təsdiqləyərək mərhumun 1 ildən çoxdur ki, rəsmi işçi kimi …

Ətraflı oxu »

Bakıda yol çökdü – Fotolar

Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsində avtomobil yolunda asfalt çöküb.  ” Azinforum.az ” Oxu.Az-a istinadən xəbər verir ki, həmin ərazi bir neçə gün öncə çökmüş və təmir olunmuşdu. Ancaq bir neçə saat əvvəl yolda yenidən çöküntü meydana gəlib. Hadisə yerinə Dövlət Avtomobil Yolları Agentliyinin əməkdaşları cəlb olunub. Hazırda bu istiqamətdə …

Ətraflı oxu »

Leysan yağacaq, dolu düşəcək – Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.  “Qafqazinfo” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında mayın 19-da hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 25-30, Bakıda gecə 15-17, gündüz 27-29 dərəcə isti olacağı …

Ətraflı oxu »

Lerikdə “ağac qətliamı” – İşə Prokurorluq baxacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayon Hamarmeşə kəndində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən araşdırılıb. Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı ağacların Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vizəzəmin meşəbəyliyinin 13 saylı dolayında kəsildiyi aşkar edilib. Meşə mühafizə işçiləri tərəfindən mühafizə tədbirlərinin …

Ətraflı oxu »

Bakının mərkəzində balkon aşdı

Azərbaycan kinoteatrının arxasında ikimərtəbəli evin balkonu aşıb. “Qafqazinfo” xəbər verir ki, hadisə Ələşrəf Əlizadə küçəsi  3 ünvanında baş verib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Fövqəladə Hallar Nazirliyinin nümayəndələri hazırda sözügedən ərazidədir, bərpa işləri aparılır.

Ətraflı oxu »

Bakıda yol polisi ilə sürücü arasında insident – Video

Bakı şəhərində yol-hərəkəti qaydasını pozan sürücü ilə polis arasında mübahisə yaşanıb. Azinforum.az Oxu.az-a istinadən xəbər verir ki, bu gün günorta saatlarında Bəsti Bağırova küçəsində hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü yolun qadağan olunan hissəsinə çıxaraq, yol hərəkəti qaydasını pozub. Belə olduğu təqdirdə yol polisi onu saxlayaraq, qaydalara uyğun protokol tərtib etməyə …

Ətraflı oxu »

2 saylı Doğum Evində baş həkim “bazar” açıb- ŞİKAYƏT VAR

Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evində yaranan vəziyyət olduqca acınacaqlıdır. Bu barədə dosye.org-a məlumat verən mənbə vurğulayır ki, baş həkim Mehriban Abasquliyeva xəstəxanaya şəxsi biznesi kimi nəzarət edir. Belə ki, ana olmaq istəyən qadınlar birbaşa ya özləri, yada yaxınları Mehriban xanımın qəbulunda olmalıdır. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə xəstəyə təcili …

Ətraflı oxu »