Çərşənbə , May 8 2024
Ana səhifə / Sosial (səhifə 458)

Sosial

Bu qurumun 20-dən çox əməkdaşı koronavirusa yoluxub

“Azərsu” ASC-nin əməkdaşları arasında da koronavirusa yoluxanlar var. Qurumun tabeliyində olan idarələrdə COVID-19-a yoluxan şəxslər müəyyən olunub. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı təsdiq edib. O bildirib ki, mövcud vəziyyətlə bağlı, demək olar ki, qurumların böyük əksəriyyətinin əməkdaşları arasında yoluxma faktları aşkar olunub: “Təəssüf ki, “Azərsu” ASC-nin əməkdaşları arasında …

Ətraflı oxu »

Səlim Müslümova məxsus “parnik”in 200 min qaz pulu borcu var – Qalmaqal

Ağsu şəhəri Koroğlu küçəsində yerləşən, keçmiş Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova məxsus istixananın istifadə edilmiş qaza görə “Azəriqaz”a 200 min manatdan çox borcu var. Bu haqda Sozcu.az məlumat yayıb. Xəbərə görə, 2016-cı ilin fevral ayından fəaliyyətə başlayan istixanada bu günə kimi istifadə edilmiş təbii qazın dəyərinin ödənişi …

Ətraflı oxu »

Azərbaycanda koronavirusa yoluxanların sayı 13 mini ötdü

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların, infeksiyadan sağalanların və ölənlərin sayı açıqlanıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.Belə ki, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5 878 nəfərin xüsusi rejimli xəstəxanalarda …

Ətraflı oxu »

Azərbaycanda koronavirusdan ölənlərin sayı kəskin artdı

Azərbaycanda 478 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Ətraflı oxu »

Rəsul Quliyevin bacısı koronavirusdan vəfat etdi

Eks-spiker Rəsul Quliyevin bacısı koronavirusdan dünyasını dəyişib.  Lent.az xəbər evrir ki, 80-dən artıq yaşı olan Ceyran xanım səhhətində yaranmış narahatlıqdan sonra COVİD-19 testindən keçib və nəticə pozitiv olub. Həkimlərin və yaxınlarının səyinə baxmayaraq, C.Quliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Ətraflı oxu »

Cəlal İsayev: “Belə davam etsə, süni nəfəs aparatları çatmayacaq”

“Bu gün xəstəxanalarda kritik vəziyyətdə olan çox sayda ağır xəstəmiz var. Əgər yoluxma sayında artım dinamikası davam edəcəksə, elə bir gün gələcək ki, süni nəfəs aparatları çatmayacaq”. Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev Real TV-yə müsahibəsində deyib. O bildirib ki, koronavirus bu gün aqressivləşib: “Artıq ağır gedişlər cavanlar arasında xeyli …

Ətraflı oxu »

Azərbaycanda rekord sayda koronavirusa yoluxma, 6 nəfər öldü

Azərbaycanda 491 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə ümumilikdə 12 729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 …

Ətraflı oxu »

BƏƏ Azərbaycana humanitar yardım göndərdi – FOTO

Koronovirusun (COVID-19) yayılmasının qarşısını almaq istiqamətində dəstək məqsədilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinin qərarı ilə iyunun 21-də bu ölkənin Etihad Hava Yollarına məxsus karqo təyyarəsi ilə Azərbaycana 11 ton tibbi ləvazimat və xəstələr üçün faraş kənd təsərrüfatı məhsullarından ibarət humanitar yardım göndərilib. Bu barədə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi məlumat …

Ətraflı oxu »

Sabah yağış yağacaq – PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 32-34 …

Ətraflı oxu »