Ana səhifə / Siyasət (səhifə 52)

Siyasət

Mina qurbanlarının sayı 337-yə yüksəldi

Azərbaycanın Xarici İşlər Nazirliyi mina qurbanlarının sayının 337-yə çatdığını bildirib. Bu barədə xarici siyasət idarəsi sosial şəbəkədə paylaşım edib. “Bu gün minanın partlaması nəticəsində 1960-cı il təvəllüdlü azərbaycanlı mülki şəxs yaralanıb. Qurbanların sayı artıq 337-dir. Bu faciə Ermənistanın mina təhlükəsinin Azərbaycana qarşı dəhşətli təsirinə diqqətsizliyin davam etdiyinin xatırlatmasıdır”, – qeyd olunub.

Ətraflı oxu »

İcma Almaniyaya çağırış edib

Almaniyanın xarici işlər naziri Annalena Berbokun noyabrın 4-də Bakıda keçirdiyi mətbuat konfransında həmin gün Azərbaycana səfəri zamanı Ermənistandan qovulmuş azərbaycanlılarla görüş keçirdiyini bildirib.Qərbi Azərbaycan İcması Almaniya xarici işlər nazirinin bu açıqlamasına münasibət bildirib. “Bununla əlaqədar olaraq, İcma bəyan edir ki, Almaniya tərəfindən belə bir görüş ilə bağlı İcmaya heç bir …

Ətraflı oxu »

Annalena Berbok: Açıq şəkildə bəyan etmişəm ki, Qarabağ Azərbaycan ərazisidir

Mən açıq şəkildə bəyan etmişəm ki, Qarabağ Azərbaycan ərazisidir və Azərbaycanın ərazi bütövlüyü Almaniya tərəfindən hər zaman dəstəklənib. Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. “Mən Qarabağdan köçmüş insanlarla görüşdüm, bu görüş mənim üçün vacib idi. Hesab …

Ətraflı oxu »

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hazırlanır

Moskva Bakı və İrəvan arasında münasibətləri nizamlamaq üçün Azərbaycan və Rusiya ilə təmas saxlayır. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. Onun sözlərinə görə, hazırda sülh müqaviləsinə hazırlıq gedir. “Qarabağ problemi ilə əlaqədar olaraq Ermənistan-Azərbaycan münasibətlərinin həlli üçün ardıcıl səylər göstərilib. Bu dövlətlər arasında sülh müqaviləsi hazırlanır”.

Ətraflı oxu »

Ceyhun Bayramov almaniyalı həmkarından Şuşa və Xankəndinin adlarını düzgün səsləndirməyi tələb etdi

“Xanım nazir çıxışında Şuşa və Xankəndi şəhərinin adlarını çəkərkən qondarma rejimin qoyduğu “adları” da çəkdi”. “Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib. Nazir qeyd edib ki, BMT-nin müvafiq qətnaməsinə əsasən, Azərbaycanın coğrafi adlarından istifadə edilməlidir: “Xanım nazirin istifadə …

Ətraflı oxu »

İlham Əliyev Almaniyanın XİN rəhbərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berboku qəbul edib. Görüşdə Azərbaycan-Almaniya ikitərəfli əlaqələri, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və bütövlükdə Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Almaniyanın xarici işlər naziri ölkəsinin Azərbaycan ilə Ermənistan arasında …

Ətraflı oxu »

Milli Məclisdə qaza qoyulan limitin ləğvi təklif olunub

Milli Məclisdə “2024-cü ilin dövlət büdcəsi haqqında” Qanun layihəsi müzakirəyə çıxarılıb. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında bir sıra təklif və iradlar səsləndirilib. Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa çıxışında Naxçıvanda işsizliyin sürətlə …

Ətraflı oxu »

Deputat nazirin bu fikrini tənqid etdi – “Hansısa kolxozun…”

“Azərbaycanda hakimlərin sayı orta Avropa göstəricilərindən çox aşağıdır. Hakimlər həddindən artıq yükləniblər”. Bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. “Mətbuatda və sosial şəbəkədə bir məsələ müzakirə olunur. Əhalinin sosial müdafiə və əmək hüquqlarını qorumalı olan hökumət üzvlərindən biri təhsillə bağlı konfransda deyib ki, Azərbaycana hüquqşünaslar yox, aqronom …

Ətraflı oxu »

İran məhkəməsi azərbaycanlı tələbənin apelyasiya şikayətini təmin etməyib

Fərid Səfərlinin anası: “Məhkəməyə nə Fərid, nə də vəkili dəvət olunub” İranda 2 il azadlıqdan məhrum edilən Azərbaycan vətəndaşı Fərid Səfərlinin apelyasiya şikayəti təmin edilməyib. Bu barədə Fərid Səfərlinin anası Dilarə Əsgərova Meydan TV-yə danışıb. Dilarə Əsgərova hər gün Azərbaycan Konsulluğu vasitəsilə oğluyla danışdığını bildirib. Onun sözlərinə görə, Apelyasiya Məhkəməsinə …

Ətraflı oxu »

Təbriz Musayev: “Ölkəmiz üzərindən Fransaya uranın daşınmasına razılıq verilməməlidir”

Fransa prezidenti Emmanuel Makronun Astanaya səfəri əsnasında Qazaxıstan və Fransa arasında strateji minerallar sahəsində əməkdaşlığa dair bəyannamə imzalanıb. Danışıqlarda strateji minerallar sahəsində əməkdaşlıq müzakirələrinə geniş yer verilib. Strateji minerallar dedikdə ilk növbədə radioaktiv metallar, o cümlədən uran nəzərdə tutulur. Fransa ən çox AES-i olan ölkələrdən biridir. Bu ölkə elektrik enerjisinin …

Ətraflı oxu »