Şənbə , May 18 2024
Ana səhifə / Manşet (səhifə 212)

Manşet

Əmisi oğlu Prezidenti qələbə münasibəti ilə təbrik etdi

Məlum olduğu kimi, aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində cənab İlham Əliyev yenidən ölkə başçısı seçilib. Bu əlamətdar hadisə münasibəti ilə cənab Prezidentin ünvanına təbriklər gəlməkdə davam edir. Artıq dünyanın bir çox tanınmış şəxsləri, nüfuzlu dövlət adamları cənab Prezidenti qələbə münasibəti ilə təbrik edib. Bu təbriklərə qoşulanlar sırasında Prezidentin doğmaları …

Ətraflı oxu »

Türkiyədə açılan yeni telekanalın Ziya Məmmədovla nə əlaqəsi var?

Dünən ölkənin bir sıra saytlarında “Azərbaycanın media holdinqi Türkiyədə xəbər kanalı açır” sərlövhəli yazı dərc olundu. Həmin məlumatda qeyd edilirdi ki, Azərbaycanın ən iri media holdinqi kimi təqdim edilən “Global Media” şirkəti İstanbulda “Cine 5” və “Kanal 6” telekanallarının ofisinin yerləşdiyi binada bu istiqamətdə 3 aydır intensiv hazırlıq işləri aparır. …

Ətraflı oxu »

Ramiz Yediyarov tərəfindən incidilən vətəndaş: “İcra başçısı özündən əvvəl imzalanan sərəncama məhəl qoymur”+VİDEO

Vətəndaş Ələkbərov Azər Bilal oğlu Azinforum.az İnformasiya Portalına müraciət edərək bildirir ki, vaxtilə atası və əmisinə Gədəbəy rayon İcra Hakimiyyətinin sərəncamı ilə ayrılan torpaq sahələrinə sahib çıxa bilmirlər. Qeyd edək ki, bizə müraciət edən vətəndaşa həm atasının, həm də əmisinin adından çıxış etmək üçün notarial qaydada təsdiqlənmiş etibarnamələr də verilib. …

Ətraflı oxu »

Mübahisəli torpaq mövzusu ilə bağlı adı çəkilən Zeynal Əliyev: “Yüz yaşı olan bağda niyə bir dənə də ağac yoxdur?” +VİDEO

Azinforum.az Informasiya Portalında  vətəndaş Quliyeva Nurəngiz Xanlar qızı və digərlərinin şikayəti əsasında hazırlanan videoreportajda adları çəkilən qurum və vətandaş tərəfdən  reaksiya verilib.  Xatırladaq ki, “Bir əsirlik tarixi olan ata-baba bağları əllərindən alınan vətəndaşlar üsyan edir: “Kərəm Həsənov hara baxır?”+ VİDEO”  başlığı ilə təqdim etdiyimiz materialda vətəndaşlar onlara ata-babadan miras qalan bağ …

Ətraflı oxu »

Bir əsirlik tarixi olan ata-baba bağları əllərindən alınan vətəndaşlar üsyan edir: “Kərəm Həsənov hara baxır?”+ VİDEO

Bakı şəhər sakini Quliyeva Nurəngiz Xanlar qızı və digərləri bir əsrdən artıq bir müddətdir onlara məxsus olan dədə-baba bağ torpaqlarının əllərindən  saxta sənədləşmə yolu ilə alındığını iddia edirlər.  Şikayətçilər bildirirlər ki, onlar  yaranmış narazılıqla bağlı bir sıra dövlət qurumlarına şikayət edib, hətta Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun da qəbulunda …

Ətraflı oxu »

“Kaş ki, mən də şəhid olub, bu günləri yaşamayaydım”

Ömrümün ən gözəl çağlarını Milli Azadlıq mübarizəsinə həsr etdim. Bu gün kabinetlərdə rahat əyləşib, bizə müstəqilliyi hədiyyə ediblər deyənlərdən fərqli olaraq, müstəqilliyimiz uğrunda, canımızı qurban verməyə hazır olub,  meydanlara atıldıq. Bilirdik ki, tarixin heç bir anında azadlıq verilməyib, alınıb. Rus imperiyası mübarizəmizin cəmi 3 ilinə duruş gətirə bildi. 1988-91-ci illərdə …

Ətraflı oxu »

Azərbaycana qarşı qurulmuş xain planın detalları açıqlandı – təfsilat

Martın 30-da Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov burada detallarla çıxış edərək, olduqca zəngin məlumatlar verib. Açıq şəkildə və rəsmən deyib ki, Azərbaycana, onun …

Ətraflı oxu »

CAVİD QURBANOVUN YALAN ÇIXAN VƏDİ VƏ… – Ziya Məmmədova hücumunun sirri

Tikintisinə 10 ildən çox vaxt gedən, 1 milyard dollardan artıq vəsait xərclənən Bakı-Tiflis-Qars dəmiryol xəttinın açılış mərasimi ötən il həyata keçirilsə də, yol, istismara hələ də tam hazır deyil. Baxmayaraq ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açılış ərəfəsində mətbuata açıqlamalarında bu ilin yayından Bakı-Tiflis-Qars dəmiryol xətti …

Ətraflı oxu »

Şamaxının yeganə alim məktəb direktoru niyə və kimlərin əli ilə şantaj olunur?

Bir neçə gün əvvəl, sosial şəbəkələrdə edilən bir paylaşım diqqətimi çəkdi. Gördüm ki, orta məktəb müəlliməsi olan bir xanım filologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görüldüyü diplomun alınması ilə bağlı sevincini izləyiciləri ilə bölüşüb. Müəllimənin adı mənə tanış gəldi. Araşdırdıqda məlum oldu ki, həmin xanım son bir neçə ay …

Ətraflı oxu »

Abbas Abbasovun “hərcayi mühacirlər qrupu”na pul tökməsi iki məqsədlə bağlı ola bilər

Sabiq məmurun planlarının hələ açılmayan maddələri barədə iddialar var, yeni araşdırmalar başlayır… İstənilən ölkə üçün onun daxilində keçirilən seçkilər həssas dönəm sayılır. Çünki ölkələrin xeyrinə olmayan məkrli planların işlənib hazırlanması və onların reallaşması üçün ən uyğun zaman məhz seçki dönəmidir. Bu periodda siyasi fəallıq artır, bütün diqqətlər siyasi proseslərə fokslanmış …

Ətraflı oxu »