Çərşənbə , May 8 2024
Ana səhifə / Manşet (səhifə 135)

Manşet

Zakir Fərəcovun bahalı kabineti: 40 minlik təmir, 120 minlik mebel

Sumqayıtın icra başçısı, adı son zamanlar qalmaqallarda daha çox hallanan Zakir Fərəcovun bu dəfə bahalı kabineti və mebelləri müzakirə mövzusuna çevrilib. Azinforum.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan fotolar ətrafında gedən müzakirələrdən belə məlum olur ki, Azərbaycanda çox az sayda icra başçısının belə bahalı kabineti var. Müzakirələrdə bunun doğru yollarla …

Ətraflı oxu »

Ekspert Qüdrət Həsənquliyevdən gələn “kazinolar açılsın ” təklifini yersiz saydı

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev son müsahibələrindən birində deyib ki, Azərbaycanı ofşor zonaya çevirmək lazımdır. Onun sözlərinə görə, regionlara turistlərin cəlbi üçün kazinoların açılmasına icazə verilməlidir:“Çox şükürlər olsun ki, hökumətin vaxtında qəbul etdiyi qərarlar nəticəsində biz bu bəladan az itkilərlə qurtulmaq üzrəyik. Vəziyyətin bizdən …

Ətraflı oxu »

Zakir Fərəcov həmkarlarının həbslərindən niyə nəticə çıxarmır? – Sumqayıtı abadlaşdıran sahibkarlar ondan pullarını ala bilmir…

Son günlər ölkə gündəmini daha çox məşğul edən mövzulardan biri Dövlət Təhlükəsizlik Xidmətinin rayon icra hakimiyyətləri ilə bağlı həyata keçirdiyi anti-korrupsiya əməliyyatlarıdır. Əvvəl İsmayıllı rayonunda İsmayıllı şəhərinin icra nümayəndəsi həbs edildi. Məlum oldu ki, həmin şəxs aztəminatlı ailələr üçün ayrılan yardımları mənimsəyirmiş. Ardınca Dövlət Təhlükəsizlik Xidməti aprelin 29-da Biləsuvar Rayon …

Ətraflı oxu »

Füzuli Məmmədov – Şirvan Kərimov söyüşməsinin kökündə duran səbəb…

Məlum olduğu kimi, hazırda Rusiyadakı diasporumuzun vəziyyəti heç də ürəkaçan deyil. Azərbaycan disporunun Rusiyadakı yeganə böyük hüquqi təmsilçisi olan Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvindən sonra diaspor qurumları arasında əsl pərakəndəlik hökm sürür. Məhz bu cür vəziyyət Rusiyadakı bəzi şəxsləri Azərbaycan diasporunun vahid lideri iddiası ilə üzə çıxmağa, həmin boşluğu …

Ətraflı oxu »

Saleh Məmmədov Bak-Sumqayıt yolunun genişlənməsi layihəsinin öhdəsindən gələ bilmir – VİDEO

Prezidentin şəxsi nəzarətində olan Bak-Sumqayıt yolunda aparılan genişlənmə istiqamətində işin icraçısı olan “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin yarıtmaz fəaliyyəti üzə çıxıb. Azinforum.az xəbər verir ki, qurumun rəhbəri Saleh Məmmədov açıqlamalarında yolun genişlənməsi ilə bağlı köçürülmələrin olduğunu desə də, bu, müşahidə edilmir. Çünki yolun kənarında olan və genişlənməyə ciddi mane törədən …

Ətraflı oxu »

ÇOVDAROVUN DÜŞMƏNÇİLİK ETDİYİ BAZARIN SAHİBİNİ BIÇAQLADILAR – İş adamını bir qadının sifarişi ilə izləyiblər

Hüquq-mühafizə orqanları kriminal olayın “qaranlıq məqamlar”ını açıqlayıb… Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun məhkəmə çəkişməsində olduğu iş adamı Cəfər Səfərov bıçaqlanıb. Hadisə aprelin 28-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Yavər Əliyev küçəsində baş verib. Qara maskalı şəxslər “Renault” markalı avtomobilini …

Ətraflı oxu »

Azərbaycanda xüsusi karantin rejimi 31 maya qədər uzadıldı

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb. Operativ Qərargahdan “Qafqazinfo”ya daxil olan məlumata görə, eyni zamanda əhali arasında virusa yoluxma sürəti, …

Ətraflı oxu »

DTX BİLƏSURDAKI ƏMƏLİYYATIN GÖRÜNTÜLƏRİNİ YAYDI – Rəsmi açıqlama + VİDEO

Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin tətbiq edildiyi, dövlət strukturlarının fəaliyyətinin əhalinin sağlamlığının qorunması istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edərək vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırma …

Ətraflı oxu »

Kərəm Həsənov Bakıda biznes mərkəzi tikdirir – FOTOLAR

Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov yeni biznes mərkəzi tikdirir. Bu barədə Unikal.org-a daxil olan məlumatda bildirilir ki, K.Həsənov özünə yaxın tikinti şirkətləri vasitəsi ilə Bakı şəhərinin Heydər Əliyev prospektində böyük bir biznes mərkəzinin tikintisinə başlayıb. Verilən məlumata görə, dəyəri yüz milyondan çox olan bu mərkəz paytaxtda fəaliyyət göstərən …

Ətraflı oxu »

DTX Biləsuvar İcra Hakimiyyətinin binasına girdi – Yenilənir

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri bu dəqiqələrdə Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.  “Qafqazinfo” xəbər verir ki, artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib. Qeyd edək ki, Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. *** Artıq icra başçısı və bir neçə …

Ətraflı oxu »