Bazar ertəsi , May 13 2024
Ana səhifə / Kriminal (səhifə 830)

Kriminal

FED-in faizi artıracağı ehtimalları getdikcə yüksəlir

ABŞ Federal Ehtiyat Sisteminin (FED) iyunun 13-14-də keçirəcəyi növbəti iclasında uçot dərəcəsini artırması ehtimalı 93%-ə çatıb. Mayın 2-3-də keçirilən son iclasdan əvvəl bu göstərici 69% olub. Son iclasın yekun çıxışında FED maliyyə bazarlarını faizləri iyun iclasında artıracağı barədə tam əmin etməsə də, o, ABŞ iqtisadiyyatında fundamental amillərin güclü olduğunu xatırladıb. …

Ətraflı oxu »

Bu il Azərbaycanda kartof olacaq? – ARAŞDIRMA

Xəbər verildiyi kimi bu günlərdə Tovuzda kartofçuluqla məşğul olan fermerlər problemlə üzləşiblər. Belə ki, fermerlərin əkdikləri  toxumların cücərməsi və inkişafı ləngiyib. Kənd Təsərrüfatı Nazirliyinin məsələ ilə bağlı rəsmi məlumatında göstərilirdi ki, toxumluq kimi istifadə olunan kartof  Rusiyanın Kamerovo vilayətindən ərzaq təyinatlı kartof istehsalı üçün gətirilib. Toxum isə ərzaq təyinatlı olub, …

Ətraflı oxu »

Neft sürətlə ucuzlaşır

Dünya bazarında neftin qiyməti sürətlə ucuzlaşmaqdadır. Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 21:40-a olan məlumata görə, “Brent” markalı neftin iyul fyuçersinin 1 barrelinin qiyməti 48,50 dollar təşkil edib. Bu göstərici bu gün səhər mövcud olmuş rəqəmdən 2.29 dollar, yaxud 4,51% aşağıdır.

Ətraflı oxu »

Türkiyə-Azərbaycan biznes-forumu keçiriləcək

Türkiyə Respublikasının İqtisadiyyat Nazirliyinə bağlı Şərqi Qaradəniz İxracatçılar Birliyinin (Doğu Karadeniz İhracatçılar Birliği) təşkilatçılığı ilə  5 May 2017 tarixində saat 10:00-da Bakıdakı “Park İnn by Radisson” otelində Türkiyə-Azərbaycan Biznes Forumu keçiriləcək.  Türkiyənin Azərbaycandakı səfirliyindən daxil olan məlumata görə, Türkiyədən, 25-30 nəfərlik türk iş adamlarından ibarət nümayəndə heyətinin də iştirak edəcəyi forumda …

Ətraflı oxu »

Mərkəzi Bank ötən il 703 mln. manat pul məhv edib

Azərbaycan Mərkəzi Bankı (AMB) ötən il ərzində çap şirkətindən 9 mln. 432 min manat məbləğində yeni pul nişanları təhvil alıb. APA xəbər verir ki, bu barədə “PricewaterhouseCoopers Azerbaijan” şirkəti tərəfindən aparılan audit hesabatında qeyd edilib. Məlumata görə, AMB 2016-cı ildə 702,666 mln. manat məbləğində pul nişanlarını məhv edib. Xatırladaq ki, …

Ətraflı oxu »

Regionların sosial-iqtisadi inkişafına ayrılan vəsait – AÇIQLANDI

“Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş bu proqramların icrasına 10 il ərzində 50,7 mlrd. manat, o cümlədən birinci proqrama 16 mlrd. manat, ikinci proqrama isə 34,7 mlrd. manat vəsait yönəldilib”. Bunu Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib. E.İbrahimovun sözlərinə görə, bundan əlavə, …

Ətraflı oxu »

“Köçkünlərin sosial problemlərinə 6,2 milyard xərclənib” – Əli Həsənov

“Qaçqın və məcburi köçkünlər üçün indiyədək ümumilikdə 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Müqayisə üçün bu yeni yaşayış komplekslərinin mənzil fondu Mingəçevir şəhərinin mənzil fondundan iki dəfə çoxdur”. Bunu baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin …

Ətraflı oxu »

“Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsinə çalışır”

“Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin tikintisində son tamamlama işlər gedir. Yaxın vaxtlarda işlər tam başa çatdırılacaq və Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə veriləcək”. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin İqtisadiyyat Nazirliyinin Department rəhbəri Tayfun Kılıç söyləyib. Onun sözlərinə görə, Türkiyə Çindən Avropaya qədər uzanan, Asiya və …

Ətraflı oxu »

FED uçot dərəcəsini dəyişmədi

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) iclasında uçot dərəcəsinin real durumu müzakirə edilib. Teleqraf.com xəbər verir ki, FED uçot dərəcəsini 0,75-1% səviyyəsində saxlamaqla bağlı qərar qəbul edib. Daha öncə uçot dərəcəsinin baza faiz dərəcəsini bir neçə dəfə artıran FED prezident Donald Trampın tənqidlərilə üzləşib.

Ətraflı oxu »

Ödəmə qabiliyyətini itirmiş banklarla bağlı – FƏRMAN

Azərbaycan Prezidenti İlham Əliyev “Ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur ki, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin …

Ətraflı oxu »