Bazar ertəsi , May 20 2024
Ana səhifə / İqtisadiyyat (səhifə 99)

İqtisadiyyat

Azərbaycanda bu balığın bir kilosu 120 manata satılır

Bu mövsümdə Nərə balığının qiyməti iki dəfə bahalaşıb.Neftçala rayonundan Qaynarinfo-ya verilən məlumata görə, hazırda dünyada ən qiymətli kürü verən ticarət əhəmiyyətli balıq sayılan Nərə balığının bir kilosunun qiyməti 120 manata satılır. Əvvəlki illərdə isə bu balığın bir kilosunun qiyməti 60-70 manat arasında olub.Satıcılar rayonda digər balıqların da bahalaşmasını bildirib. İlan …

Ətraflı oxu »

Rövnəq Abdullayevin kürəkəni bu şirkətinin rəhbərliyindən getdi…

Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini  Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Əliyev Rauf Zeynal oğlu “Solıd Constructıon A” MMC-nin (VÖEN – 1602543931) direktoru vəzifəsindən çıxıb.Yeniavaz.com-un əldə etdiyi məlumata görə, vaxtı ilə Rauf Əliyevin rəhbərlik etdiyi “Solıd Constructıon A” MMC-yə yeni rəhbər təyin olunub.“Solıd Constructıon A” MMC-nin yeni …

Ətraflı oxu »

“Ətin qiyməti daha da artacaq” – ŞƏRH

Azərbaycanda ətin qiymətində bahalaşma müşahidə olunur. Bu barədə Dövlət Statistika Komitəsindən  bildirilir. Azərbaycanda ət və ət məhsulları 2022-ci ilin dekabr ayında ötən aya nisbətən 100.2% olub ki, bu da aylıq müqayisədə 0.2% artım deməkdir. Həmçinin ət məhsulları ötən ilin dekabrında 2021-ci ilin dekabr ayına nisbətən 116.3% təşkil edib ki, illik …

Ətraflı oxu »

ABŞ-da defolt həyəcanı: qlobal iqtisadiyyatı nə gözləyir – TƏHLİL

Yanvarın 19-da ABŞ-ın dövlət borcu 31,4 trilyon dollarlıq tavana çatıb.  Yaxın 4-5 ay ərzində hökumətlə parlament dövlət borcunun yeni tavanı barədə razılığa gələb bilməsə, ABŞ-da texniki defolt baş verə bilər.  Lakin bunun reallaşması ehtimalı çox cüzi qiymətləndirilir: son 40 ildə ABŞ dövlət borcunun yuxarı həddi 45 dəfə artırılıb. Məhz bu …

Ətraflı oxu »

“Bloomberg”: Ukraynadakı münaqişə neft və qazdan sürətlə imtinaya aparır

Ukraynadakı münaqişə neft və qazın mərhələli şəkildə dayandırılmasını sürətləndirəcək, çünki dünya ölkələri təchizat təhlükəsizliyini yaxşılaşdırmaq və karbon emissiyalarını azaltmaq üçün öz bərpa olunan enerji mənbələrinə üstünlük verirlər. “Bloomberg” xəbər verir ki, bu fikir BP neft-qaz şirkətinin hesabatında yer alıb.Şirkət 2035-ci ilə qədər qalıq yanacaqlara tələbatın əvvəlki proqnozdan daha kəskin azalacağını gözləyir. BP-nin …

Ətraflı oxu »

Neft Fondundan büdcəyə 131 milyard köçürülüb

Ötən il Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 7 milyard 923 milyon manat vəsait transfert edilib.Transfertin dövlət büdcəsinin gəlirlərindəki payı 25,8% olub.Məlumat üçün qeyd edək ki, ARDNF-dən dövlət büdcəsinə köçürmələrin başladığı 2003-cü ildən bu ilə kimi ümumilikdə 131,5 milyard manat transfert olunub.Son 20 ildə dövlət büdcəsinin gəlirləri, Neft Fondundan dövlət …

Ətraflı oxu »

“Paşa Holdinq”lə eyni ünvanda yerləşən məşhur şirkət 46 milyonluq tenderi uddu

“İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.Tender müsabiqəsinin qalibi “Avromed Company” QSC (VÖEN – 1500166751) olub.“Avromed Company” QSC İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinə 45 milyon 855 min 968 manat 20 qəpik dəyərində “Şəkərli diabet xəstəliyi Dövlət Proqramı üzrə inyeksion şəkərsalıcı …

Ətraflı oxu »

Maliyyə Nazirliyi ötən il 226 milyon manat əsassız ödəniş aşkar edib

2022-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (Xidmət) mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri 185 təşkilatda (nəzarət obyektləri) apardığı yoxlamalarla ümumilikdə 225 710 min manat artıq və əsassız ödənişlər aşkar edib. Azinforum.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Samir Şərifov qurumda keçirilmiş kollegiya iclasında məlumat verib. …

Ətraflı oxu »

Minimum əməkhaqqının yaratdığı problemlər – TƏHLİL

Minimum əməkhaqqının artması istər dövlət, istərsə də özəl sektorlarda çalışanların maaşlarına təsir edir. Belə ki, birincisi bu, ölkə üzrə ən aşağı əməkhaqqı səviyyəsi sayıldığından işəgötürənin daha aşağı maaş təklif etmək ixtiyarı yoxdur, ikincisi isə göstərici dövlət sektorunda, yəni büdcədən maliyyələşən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarını da müəyyən edir. …

Ətraflı oxu »

“Broker Əbülfəz”in ətrafında nə baş verir? – Öz şirkəti özünü məhkəməyə verib

Həbsdə olan “Broker” MMC-nin sahibi, “Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun oğlu Murad Məlikova qarşı daha bir məhkəmə iddiası üzə çıxıb. Qaynarinfo xəbər verir ki, İmanov Rizvan Gülümxan oğlu adlı vətəndaş Murad Məlikovu məhkəməyə verib. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır. İşin mahiyyəti korporativ mübahisələrdən ibarətdir. Rizvan İmanov Murad Məlikovla …

Ətraflı oxu »