Cümə axşamı , May 9 2024
Ana səhifə / İqtisadiyyat (səhifə 72)

İqtisadiyyat

Mərkəzi Bank daha bir kredit təşkilatının lisenziyasını ləğv etdi

“Gold Finance” və “Viza Kredit” bank olmayan kredit təşkilatlarının (BOKT) lisenziyası ləğv olunub. Bu barədə iyunun 2-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti qərar çıxarıb.  Bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 54-dən 52-yə düşüb. “Həmin kredit təşkilatlarının müştərilərinə verdiyi borclar tamamilə “ümidsiz aktiv” təsnifat kateqoriyasında olub və kapital tələbləri pozulub. …

Ətraflı oxu »

Türkiyədən Azərbaycana idxal edilən məhsullar ucuzlaşacaq? – VİDEO

Türkiyə lirəsi kəskin şəkildə ucuzlaşmaqda davam edir. Lirə təkcə bu gün dollar qarşısında 1% dəyər itirib. Hazırda 1 dolların dəyəri 20-21 lirəyə bərabərdir. İqtisadçı – ekspert Elşad Məmmədov deyir ki, lirənin sürətlə dəyər itirməsi Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsinə paralel olaraq baş verir. Onun sözlərinə görə, bu hal təsadüfi …

Ətraflı oxu »

Emin Ağalarov atasından ayrılıb yeni şirkət yaratdı

Azərbaycanın Xalq artisti Emin Ağalarov atasına – tanınmış iş adamı Araz Ağalarova məxsus olan “Crocus Group”un birinci vitse-prezidenti vəzifəsindən istefa verərək “Agalarov Development” adlı yeni şirkət yaradıb.Bu barədə Rusiya mətbuatı məlumat yayıb.Ağalarov açıqlamasında deyib ki, “Agalarov Development Company” təkcə tikinti ilə deyil, digər sahələrlə də məşğul olacaq.Onun sözlərinə görə, şirkət …

Ətraflı oxu »

İrandan Azərbaycana dəmir yolu ilə yükdaşımalar 81 % artıb

Son 2 ayda İrandan Azərbaycana dəmir yolu nəqliyyatı ilə 120,125 min ton yük daşınıb. “Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu “İran Dəmir Yolları” şirkətinin nümayəndəsi Qulamhüseyn Vəldi deyib. Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 81 % çoxdur. “İran və Azərbaycan arasında Astara-Astara dəmir yolu xəttində …

Ətraflı oxu »

Bankirlər zənginləşir, vətəndaş kasıblayır

Azərbaycanın bank sektoru 2023-cü ilin ilk 4 ayını 345 milyon 194 min manat xalis mənfəət ilə başa vurub.  Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39% və ya 97 milyon 94 min manat çoxdur. Azərbaycanın bank sektoru 2022-ci ilin ilk 4 ayını (yanvar-aprel) 248 milyon 100 min manat xalis mənfəət …

Ətraflı oxu »

Azərbaycanda özəlləşdirmədən dövlət büdcəsinə köçürmələr 2,7 dəfə artıb

Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə 51,1 milyon manat köçürüb. Bu barədə Dövlət Xidmətindən bildirilib. Məlumata görə, 4 aylıq ödənişin 40,8 milyon manatı özəlləşdirmə, 10,8 milyon manatı isə icarə hesabına təmin edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,7 dəfə və 25,2 % çoxdur. Hesabat dövründə 16 hərrac keçirilib. Hərraclarda 2 səhmdar cəmiyyətinin səhm …

Ətraflı oxu »

“Bu qədər çətindir ki, bizi Ermənistanın qarşısında biabır edirsiniz?!” – İqtisadçı

İqtisadçı-ekspert Allahverdi Aydın Azərbaycan və Ermənistanda adambaşına düşən qeyri-neft məhsullarının ixracı barədə müqayisə aparıb və aradakı fərqi “uçurum” adlandırıb.Bu barədə o, özünün Feysbuk hesabında yazıb.“2022-ci ildə Azərbaycan 3,05 milyard, Ermənistan isə 5,31 milyard dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.2022-ci ilin sonunda Azərbaycan əhalisinin sayı 10 milyon 127 min, Ermənistan əhalisinin sayı isə 2 …

Ətraflı oxu »

İran bankının Bakı filialının fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb. Bu barədə mayın 26-da bankın filialı məlumat yayıb.  Bildirilir ki, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib.  AMB İran …

Ətraflı oxu »