Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bank daha bir kredit təşkilatının lisenziyasını ləğv etdi

Mərkəzi Bank daha bir kredit təşkilatının lisenziyasını ləğv etdi

“Gold Finance” və “Viza Kredit” bank olmayan kredit təşkilatlarının (BOKT) lisenziyası ləğv olunub.

Bu barədə iyunun 2-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti qərar çıxarıb. 

Bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 54-dən 52-yə düşüb.

“Həmin kredit təşkilatlarının müştərilərinə verdiyi borclar tamamilə “ümidsiz aktiv” təsnifat kateqoriyasında olub və kapital tələbləri pozulub. Bundan əlavə, onlar son bir neçə ildə kreditləşmə həyata keçirməyib. Bununla əlaqədar, kapitalın bərpası və aktivlərin keyfiyyətinin yaxşılaşdırılması üçün möhlət və aidiyyəti göstərişlər verilsə də, həmin təşkilatlar zəruri tədbirlər görməyib.

“Bank olmayan kredit təşkilatları haqqında” qanunun 25.4-cü maddəsinə əsasən, BOKT lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir”, – deyə  Mərkəzi Bankın açıqlamasında bildirilib. 

Bundan əvvəl, mayın 28-də “Union Kredit” BOKT-un lisenziyası ləğv olunmuşdu. Mayın 17-də isə Mərkəzi Bankın qərarı ilə “Günay Bank” ın lisenziyasına xitam verilmişdi. 

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …