Şənbə , İyun 1 2024
Ana səhifə / Dünya (səhifə 500)

Dünya

Ərdoğan və Atatürkün fotoları “güllələndi” – Türkiyə hərbçilərini geri çağırdı

NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib. APA-nın “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti R. T. Ərdoğan Ədalət və İnkişaf Partiyasının bölgə rəhbərlərinin genişləndirilmiş toplantısında çıxışı zamanı deyib. O, hadisə ilə əlaqədar …

Ətraflı oxu »

“Xaricdə ilk sual bu olur ki, “fayv tu fayv” nədir?” – Video

“Bu noyabr qəzetimlə birgə 25 yaşımızı qeyd edirik. Ötən gün redaktorum Seyfeddin Huseynli gözəl bir cümlə işlətdi. Dedi ki, taleyin işinə bax, qəzetdən 4 gün sonra dünyaya göz açan körpə illər sonra həmin qəzetin əməkdaşıdır”. Söhbət yaşı gənc olsa da, artıq jurnalistika məktəbinə çevrilmiş “525-ci qəzet”dən gedir. İndiyə kimi yüzlərlə …

Ətraflı oxu »

Rza Zərrab məsələsi: Ərdoğana qarşı kompromat savaşı?

Amerika ədliyyəsi Türkiyə hakimiyyətini həbsdəki iş adamı vasitəsilə sıxır Hazırda ABŞ həbsxanada saxlanılan türkiyəli iş adamı Rza Zərrab yenidən medianın gündəm mövzusuna çevrilib. ABŞ-ın İrana qarşı embarqo qərarını pozmaqda, həmçinin bank saxtakarlığı, çirkli pulların yuyulması, ABŞ qanunlarını pozmaq kimi maddələrlə ittiham olunan İran əsilli Rza Zərrabın məhkəmə prosesi davam edir. …

Ətraflı oxu »

Lənkəranskinin qardaşı və Hacı Beyləqanski məhkəməyə belə aparıldı – VİDEO

Xəbər verdiyimiz kimi, noyabrın 2-də həbsdən buraxıldıqdan sonra İstanbulda köçən məşhur kriminal avtoritet “Lotu Quli”ni öldürmək üçün gedən Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin və o, cümlədən “Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyev …

Ətraflı oxu »

Qadınlar dövlət zorakılığına qarşı: Zəif cinsin gücünü göstərən 12 təsirli FOTO

Zəif cins kimi tanınan qadınlar əslində deyildiyi qədər də zəif deyil. Bəzən kişilərin cəsarət etmədiyi hərəkətləri məhz qadınlardan görürük. Aşağıdakı fotolarda məhz qadınların dövlət (polis-ordu) zorakılığına qarşı duruşlarını görəcəksiniz. Bu fotolarda zorakılıqdan çəkindirməyə cəhdlər də var, zorakılığa meydan oxuyanlar da. Moderator.az bizimyol.biz-ə istinadən qadınların gücünü göstərən 12 təsirli fotonu təqdim …

Ətraflı oxu »

Bu kitab 238 minə satıldı – Foto

“Harri Potter” kitabının ilk nəşri auksionda satışa çıxarılıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,  satışı Bonhams evi təşkil edib. Məlumata əsasən, “Harri Potter və fəlsəfi daş”ın 1997-ci il nəşri gözləniləndən 3 dəfə baha -140 min dollara (təxminən 238 min manat) satılıb. Buna səbəb yazıçı Coanna Roulinqin kitabı imzalaması olub. …

Ətraflı oxu »

“Kurtlar Vadisi Pusu”nun yayımı bu səhnəyə görə dayandırılıb – VİDEO

Türkiyədə böyük izləyici kütləsi olan “Kurtlar Vadisi Pusu” serialı müxtəlif iddialara baxmayaraq uzun müddət ekrana qayıtmadı. Metbuat.az-ın məlumatına görə, buna təqdim etdiyimiz bu səhnənin səbəb olduğu iddia edilir. Qeyd edək ki, “Kurtlar Vadisi Pusu” serialının aktyorları “Kurtlar Vadisi Vatan” adlı serialla ekrana qayıdıb. Serialın sujet xətti Türkiyədə hərbi çevrilişə cəhd …

Ətraflı oxu »

İranda 3 gün dağıntılar altında qalan körpə xilas edildi

İranda zəlzələ dağıntıları arasından körpə xilas edilib. “Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi rəsmisi məlumat verib. Körpə 3 gün dağıntıların altında qalıb. Xatırladaq ki, İran-İraq sərhədində noyabrda 12-də 7,3 bal gücündə zəlzələ baş verib. Zəlzələdə ölənlərin sayı 500-ü keçib.  

Ətraflı oxu »

Zimbabvedə çevriliş: Muqabenin səlahiyyətlərini Mnanqaqva müvəqqəti icra edəcək

Zimbabvedə hərbçilərin müdaxiləsindən sonra istefaya razılaşan 93 yaşlı prezident Robert Muqabenin səlahiyyətlərini noyabrın 7-də birinci ledinin komandası tərəfindən istefaya məcbur edilmiş vitse-prezident Emmerson Mnanqaqva icra edəcək. Virtualaz.org xəbər verir ki, belə bəyanatla hakim ZANU-DF partiyası özünün Tvitter bloqunda çıxış edib. Partiya bildirir ki, Zimbabvedə hərbi çevriliş olmayıb. “Ordunun müdaxiləsi barədə …

Ətraflı oxu »

Gülən təşkilatının mərkəzi strukturunda inqilabi addım: Fəthullahsızlıq dövrünə start verildi

ABŞ-da Fəthullah Gülən təşkilatının bəzi rəhbər şəxsləri gizli toplantı keçirib. Fəthullah Gülənin iştirak etmədiyi toplantıda təşkilatın  bəzi strukturlarının idarəçiləri müəyyənləşdirilib. Ovqat.com xəbər verir ki, iddianı Türkiyənin məşhur media qurumlarından olan “Habertürk” qəzeti irəli sürüb. Qəzetin yazdığına görə, toplantıda Fəthullah Gülənin iştirak etməməsinin səbəbi səhhətiylə bağlı imiş. Əslində toplantının keçirilmə zərurəti …

Ətraflı oxu »