Ana səhifə / Dünya / Ərdoğan və Atatürkün fotoları “güllələndi” – Türkiyə hərbçilərini geri çağırdı

Ərdoğan və Atatürkün fotoları “güllələndi” – Türkiyə hərbçilərini geri çağırdı

NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib.
APA-nın “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti R. T. Ərdoğan Ədalət və İnkişaf Partiyasının bölgə rəhbərlərinin genişləndirilmiş toplantısında çıxışı zamanı deyib. O, hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırıldığını açıqlayıb.
NATO-dan hadisə ilə bağlı rəsmi açıqlama verilib. Açıqlamada bildirilir ki, R. T. Ərdoğanın fotosunu hədəf kimi qoyan zabit artıq işdən azad edilib. Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi bildirilib. Onun da işdən kənarlaşdırıldığı qeyd olunur. NATO-nun Ortaq Hərb Mərkəzi Komandanlığı isə Türkiyədən üzr istəyib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …