Çərşənbə , May 1 2024
Ana səhifə / Dünya (səhifə 420)

Dünya

Myanma prezidenti vəzifəsindən istefa verib

Myanma prezidenti Txin Çjo vəzifəsindən istefa verib. “Report” TASS-a istinadən xəbər verir ki, bununla bağlı onun “facebook”dakı müraciətində bildirilir. Prezidentin açıqlamasında qeyd edilir ki, o, öz arzusu ilə səlahiyyətlərinə xitam verilməsini xahiş edib. Qeyd edək ki, Txin Çjo 2016-cı ilin martından dövlət başçısı vəzifəsini icra edirdi.

Ətraflı oxu »

Türkiyə ilə Gürcüstan sərhədindəki sərhəd-keçid məntəqəsi bağlanır

Sabah Türkiyə və Gürcüstan sərhədindəki Sarp sərhəd-keçid məntəqəsi saat 08.00-dan saat 20.00-a qədər bağlı olacaq. Türkiyənin “Vatan” qəzetinin məlumatına görə, bu barədə bu gün Türkiyə Gömrük və Ticarət Nazirliyi məlumat yayıb. Sərhəd-keçid məntəqəsi saat 08.00-dan saat 20.00-a qədər yük və minik avtomobilləri üçün bağlı olacaq. Nazirliyin məlumatında bildirilir ki, Sarp sərhəd-keçid …

Ətraflı oxu »

“Mən həmişə bilirdim ki, Putin çox ağıllı adamdır” –Tramp

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp  Rusiya prezidentinin rəsmi Vaşinqtonun addımlarına  cavab olaraq amerikalı diplomatların ölkədən çıxarılmamasına dair qərarını alqışlayıb. Bu barədə D.Tramp özünün “Tvitter” hesabında yazıb. “Putin çox gözəl hərəkət edib. Mən həmişə bilirdim ki, o, çox ağıllı adamdır”, Tramp qeyd edib. Xatırladaq ki, ABŞ 35 rusiyalı diplomatın ölkədən …

Ətraflı oxu »

Fələstin prezidenti ABŞ-ın Tel Əvivdəki səfirini təhqir etdi:”İt oğlu it…”

Fələstin Prezidenti Mahmud Abbas ABŞ-ın Tel Əvivdəki səfiri Devid Friedmanı təhqir edib. Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Abbas bununla bağlı Fələstində təşkil olunan yüksək səviyyəli iclasda çıxışı zamanı deyib. Təhqirə səbəb Friedmanın Qüdsün İsrailə aid olduğunu müdafiə etməsi göstərilib: “Yəhudilərin bu bölgədə yerləşdirilməsi qanunsuzdur. Bir çox amerikalı nümayəndə bunu …

Ətraflı oxu »

Moldovanın paytaxtında partlayış – Ölənlər var

Moldovanın paytaxtı Kişineu şəhərinin mərkəzində partlayış verib. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər polisi açıqlama verib. Ərzaq dükanında baş verən partlayış zamanı 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb. Yerli KİV-lərin verdiyi məlumata görə, mağazada əl qumbarası partlayıb. Polis ərazini nəzarətə götürüb.

Ətraflı oxu »

Rusiya Skripalı niyə zəhərləyib? – Mey açıqladı

Hərbi kəşfiyyat idarəsinin keçmiş polkovniki Sergey Skripala hücum etmək üçün Rusiyanın motivi var. Axar.az xəbər verir ki, bu sözləri Brutaniya baş naziri Tereza Mey “Skay Nyus” kanalına açıqlamasında deyib. Onun sözlərinə görə, bu, Rusiyanın Avropada istifadə etdiyi davranış modelinin tərkib hissəsidir: “Rusiyanın imkanları vardı və mən əminəm ki, motiv və …

Ətraflı oxu »

Rusiya prezidentinin seçkidən əvvəl verdiyi böyük vədlər: 15 trilyon hardan gələcək?

Vladimir Putin gözlənildiyi kimi, seçkiləri uddu. Və səslərin 73,9 faizini toplayaraq yenidən prezident seçildi. Rus xalqı qarşıdakı 6 ildə də Putinin rəhbərliyi altında yaşamalı olacaq. İndi ölkə vətəndaşlarını maraqlandıran suallardan biri də hökumətin seçkidən əvvəl verdiyi vədlərdən hansılarını yerinə yetirəcəyidir.   Putin nə vəd edir?   “Rusiya naminə birlikdə böyük bir …

Ətraflı oxu »

Ərəb xanımlar çarşab geyinməyəcəklər – İnqilabi qərar

Səudiyyə Ərəbistanında qadınlarla bağlı gözlənilməz, hətta inqilabi hesab olunan qərar qəbul olunub. AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, artıq bu ölkədə qadınların qara çarşab geyinməsi tələb olunmayacaq. Şahzadə Salmanın qərarına əsasən, qadınlar çarşab geyinmək məcburiyyətində qalmayacaq, azad geyinə biləcəklər.

Ətraflı oxu »

«Rusiyada 2018-ci il prezident seçkiləri sonuncu ola bilər» – Jirinovski

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski hesab edir ki, ölkədə 2018-ci il prezident seçkiləri sonuncu ola bilər. Onun sözlərinə görə, Rusiyada «Dövlət Şurası» meydana gələcək. Şuranın prezident səlahiyyətlərinə malik sədri də həmin kollektiv orqan tərəfindən seçiləcək. Jirinovski Rusiyanın Çin yolu ilə gedəcəyini istisna etmir. Məlumdur ki, Çin Xalq …

Ətraflı oxu »

Putin 75 faiz səslə liderdir – MSK

Bu gün Rusiyada prezident seçkiləri keçirilir. “Qafqazinfo”nun “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermə saat 8:00-dan 20:00-dək davam edəcək. İlk seçki məntəqələri Çukotsk muxtar dairəsində və Kamçatka diyarında açılıb. Ümumilikdə, ölkədə 97 mindən çox seçki məntəqəsi açılıb, onlardan 400-dən çoxu xaricdədir. Seçki prosesini 109 ölkədən 1500-dək xarici müşahidəçi izləyir. …

Ətraflı oxu »