Ana səhifə / Dünya (səhifə 262)

Dünya

Bu dəfə Zelenskinin xanımı gündəmdə – 164 milyona ev alıb

Ukrayna prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zeklenskayanın Krımda elit “penthaus” (yaşayış binasının yuxarı mərtəbəsində çoxmərtəbəli mənzil) aldığı ortaya çıxıb. “Qafqazinfo”nun “Röyters”ə istinadən verdiyi xəbərə görə, Qara dəniz sahillərində Livadiya kəndində yerləşən “İmperator” adlı kompleksin tərkibinə daxil olan üçmərtəbəli “penthaus” eks-deputat, oliqarx Aleksandr Buryaka məxsus olub. Tərəflər arasında alış-veriş 2013-cü ilin …

Ətraflı oxu »

ABŞ Dövlət katibindən sensasion Maduro açıqlaması

Müxalif qüvvələrin etirazları ilə üzləşən Venesuela Prezidenti Nikolas Maduro dünən ölkəni tərk etməyə hazır olub, ancaq Rusiya onu fikrindən daşındırıb. “İnterfaks xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Maykl Pompeo bildirib. “Onun təyyarəsi uçuş zolağında idi. Belə başa düşürük ki, o, bu səhər uçmağa hazır idi, amma Rusiya ona …

Ətraflı oxu »

ABŞ-da yaşayan istedadlı gənc xanım

Rusiyanın Petropavlovsk-Kamçatsk şəhərində dünyaya gəlib. O vaxt atası hərbçi olduğu üçün ailəsi ilə birlikdə həmin şəhərdə məskunlaşmışdıar. Beş yaşında olarkən Bakıya köçüblər. 2006-cı ildə 2 nömrəli orta məktəbin 11-ci sinfində oxuyarkən xüsusi təhsil proqramı ilə ABŞ-a gəlib. İki il Missuri ştatının Sent Lüis şəhərindəki məktəblərdən birində tam orta təhsil alıb. …

Ətraflı oxu »

Qaşıqçı cinayətində daha bir sirr – MİT-in həbs etdiyi ərəb intihar edib, yoxsa…

Fələstinli BƏƏ vətəndaşı Zəki Mübarəkin ölüm işi beynəlxalq qalmaqala çevrilə bilər İstanbulda Silivri həbsxanasında intihar edən BƏƏ vətəndaşı ilə bağlı qalmaqal böyüyür. Fələstin əsilli BƏƏ vətəndaşı Zəki Mübarəkin qardaşı Zeynal Mübarək qardaşının Türkiyədə qətlə yetirildiyini iddia edib. “Sputnik”in xəbərinə görə, Səudiyyə Ərəbistanı mediasına müsahibəsində Zeynal Mübarək qardaşının ölməmişdən əvvəl onunla …

Ətraflı oxu »

Kərbəlada qum fırtınası: 5 ölü, 80 yaralı

İraqın cənub hissəsində qum fırtınası nəticəsində 5 nəfər ölüb, 80 nəfər yaralanıb. Virtualaz.org-un yerli KİV-ə isinadən məlumatına görə, İraq Səhiyyə Nazirliyi Kərbəla və Nəcəfdə qum fırtınasının daha güclü olduğunu açıqlayıb. Bildirilib ki, Kərbəlada 4, Nəcəf şəhərində isə 1 nəfər ölüb. Qum fırtınası səbəbindən bina və divarların çökməsi də qeydə alınıb.

Ətraflı oxu »

Sehirli barmaqların ABŞ möcüzəsi və ya Ənvər Sadıqovun 53 yaşına

Adamı görmədən də sevmək olur- insanı sevdirən əməlləridir…Onunla heç vaxt söhbətimiz olmayıb- amma barmaqlarının yaratdığı səs həmişə qulaqlarımdadır..Do, re, mi, fa, sol, lya, si- ilk baxışdan adi görünən bu sıralama səsə çevriləndə ilahi möcüzə yaradır…Bu möcüzəyə musiqi deyirlər- səsləndisə insan pərvazlanan ruhunu öz vücudunda saxlaya bilmir…Yaxşı musiqi sərhəd tanımır- hansı …

Ətraflı oxu »

Paşinyan Medvedyevi evində qarşıladı (VİDEO)

Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda səfərdə olan rusiyalı həmkarı Dmitri Medvedyevi evində qarşılayıb. “Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, tərəflər qarşılıqlı əlaqələrdən və Avrasiya İqtisadi Birliyinə üzvlükdən danışıblar.Qeyd edək ki, Medvedyev sabah Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin (Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistan) Hökumətlərarası Şurasının iclasına qatılacaq.

Ətraflı oxu »

Kılıçdaroğluna hücumun yeni görüntüləri yayıldı – VİDEO

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna Ankarada edilən hücumun yeni görüntüləri yayılıb. Kadrlarda müxalifət liderinə hücum edən şəxslərin əllərində dəmir dəyənəklər olduğu, “Onu vuraq, öldürək” kimi çağırışlar etdiyi görünür. Qeyd edək ki, Kılıçdaroğluna paytaxt Ankarada edilən hücumla əlaqədar 6 nəfər saxlanılıb. Hazırda hadisə barədə araşdırma aparılır.  Azvision.az 

Ətraflı oxu »

Zurabişvili yumurta boyayıb, keks bişirdi – Video

“İmedi” telekanalı Gürcüstan prezidenti Salome Zurabişvilinin Pasxa bayramına hazırlığı ilə bağlı reportaj hazırlayıb. “Qafqazinfo”nun məlumatına görə, müxbirlə supermarketlərin birinə yollanan prezident alış-veriş etdikdən sonra evinə gələrək yumurtaları boyayıb, keks bişirib. Həmin görüntüləri təqdim edirik:

Ətraflı oxu »

Sabiq gürcü nazir Bakını hədələdi:“500 mini qəbul edin!” – FOTOFAKT

Keçmiş prezident Mixeil Saakaşvilinin prezidentliyi dönəmdə Gürcüstanın Müdafiə naziri postunda çalışmış İrakli Okuruaşvili şəxsi facebook səhifəsində «Gürcü Arzusu”nun lideri Bidzina İvanişviliyə Azərbaycanla bağlı “məsləhətlər” verib. 24News.ge xəbər verir ki,  o, son günlər Azərbaycan Gürcüstan sərhəddində yerləşən «David Qareci» (Keşişdağ) monastır kompleksi ətrafında yaranmış müzakirələrə münasibət bildirib. İ. Okruaşvili yazısında əgər …

Ətraflı oxu »