Çərşənbə , May 8 2024
Ana səhifə / Cəmiyyət (səhifə 13)

Cəmiyyət

Azərbaycanlılar içki və tütünə elmdən çox pul xərcləyir

Azərbaycanlılar içki və tütünə kompüter, telefon və çap məhsullarından 4 dəfə çox pul xərcləyir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bunlar 2024-cü ilin ilk 2 ayının məlumatlarıdır. İlk iki ayda pərakəndə ticarət dövriyyəsinin həcmi 8 milyard 555 milyon manat olub. Bu dövrdə xərcləmələrin 50,1 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər …

Ətraflı oxu »

40-a yaxın məktəbəqədər təhsil müəssisəsinin müdiri işdən çıxarılıb

Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin bağçalara nəzarət etdiyi aylar ərzində məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlər zamanı 40-a yaxın müdir işdən çıxarılıb. Bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova deyib. Onun sözlərinə görə, 246 nəfər xəbərdarlıq, töhmət və şiddətli töhmət alıb. O, eyni zamanda, …

Ətraflı oxu »

“Bazarstore”u məhkəməyə verdilər

Ölkənin aparıcı supermarketlər şəbəkəsindən biri olan “Bazarstore”a qarşı məhkəmə iddiası qaldırılıb.Yeniavaz.com xəbər verir ki, “Bazarstore”a qarşı qaldırılan iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatına verilib.Bildirilir ki, Vəliyev Elşən Xanlar oğlu tərəfindən qaldırılan iddia mülkiyyət hüququ ilə əlaqədar mübahisələrlə (Daşınmaz əmlak üzrə) bağlıdır.Qeyd edək ki, “Bazarstore”un ölkənin aparıcı holdinqlərindən olan “Azərsun …

Ətraflı oxu »

Baba Rzayevin oğlunun yeni obyekti istismara verildi

Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən obyektin istismarına icazə verilib.Yeniavaz.com xəbər verir ki, sahəsi 65,29 kv. metr olan obyektin sahibi Rzayev Fuad Balababa oğludur.Qeyd edək ki, istismarına icazə verilən obyektin sahibi “Azərenerji” ASC-nin prezidenti Baba (Balababa) Rzayevin oğludur.Məlumat üçün bildirək ki, “Azərenerji” ASC prezidentinin oğlu və digər ailə üzvləri ölkədə geniş biznes …

Ətraflı oxu »

Sələmə pul verən oruc tutanlar günah edirmi? (ŞƏRH)

Bu gün cəmiyyətdə ən çox müzakirə mövzularından biri də bəzi oruc tutanların sələmə pul verməsidir. Xüsusi ilə də Ramazan ayında. El arasında deyirlər ki, oruc tutan insan sələmə pul verirsə, onun orucu Allah yanında qəbul edilmir.  İslam dini sələm haqqında nə deyir? Sələmə pul verən adamların orucu qəbul olunurmu? Ramazan …

Ətraflı oxu »

Mərdəkanda məzarlara QR kod qoyuldu – VİDEO

Mərdəkan qəbiristanlığındakı məzar daşlarından biri digərlərindən çox seçilir. Səbəb isə başdaşındakı QR koddur. QR kod vasitəsilə dünyasını dəyişmiş şəxsin – Fərhad Quliyevin həyat hekayəsi ilə yaxından tanış olmaq olar. Mərhumun oğlu Zaur Quliyev insanların atasını tanımasını istədiyinə görə belə etdiyini bildirib. “İstəyirəm ki, atam haqda bilsinlər. İnsanlar əvvəlcə heç nə …

Ətraflı oxu »

Nazir “TikTok”da canlı yayım açan rəis müavinini işdən çıxardı 

Fövqəladə Hallar Nazirliyi (FHN) Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini işdən çıxarılıb. Müvafiq əmrıə mayor Mirzə Hüseynov tutduğu vəzifədən azad olunub. Belə ki, bundan əvvəl rəis müavini “TikTok” sosial şəbəkəsində canlı yayım açaraq qeyri-etik hərəkətlər edib. Onun bu səbəbdən fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən vəzifədən azad olunduğu iddia edilir. 

Ətraflı oxu »

Hacı İbrahimlə bağlı daha bir məhkəmə

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimobun qardaşı, iş adamı Hacı İbrahim Nehrəmlinin ləğv olunmuş “Avesta Construction” şirkəti məhkəməyə verilib.  Qaynarinfo-ya daxil olan məlumata görə, iddiaçı Kərimov Eldar Bahadır oğludur. Onun iddiasına Nizami Rayon Məhkəməsində baxılacaq. İş hakim Rauf Əhmədovun icraatındadır.  “Avesta Construction” MMC 2016-cı ildə “Avesta Konsern” …

Ətraflı oxu »

Ramiz Taxvelinin anası oğlunun ölümü ilə bağlı məlumatı təsdiqlədi

Arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən “Buta Palace”ın keçmiş art-direktoru Ramiz Taxvelinin psixiatriya xəstəxanasında dünyasını dəyişdiyi ilə bağlı təfərrüat məlum olub. Bu barədə 1news.az-a danışan Ramiz Taxvelinin anası Gülarə Məmmədova oğlunun ölüm xəbərini təsdiqləyərək onun indi deyil, bu ilin yanvar ayının əvvəlində dünyasını dəyişdiyini bildirib.

Ətraflı oxu »