Cümə axşamı , May 9 2024
Ana səhifə / Cəmiyyət / Ya sponsor tapmaq üçün gəlirlər, ya da ev yıxmaq üçün – VİDEO

Ya sponsor tapmaq üçün gəlirlər, ya da ev yıxmaq üçün – VİDEO

Keçmişdə xoşagəlməz hadisələri əsasən ya gözdəymə, ya da cadu-piti ilə əlaqələndirirdilər. Elə müasir dövrdə də falçılara, caduya inanların sayı az deyil.

Elə Baku TV ilə həmsöhbət olan ekstrasens Aqil Məhərrəmov da caduya inanıb ona müraciət edənlərin sayının çox olduğunu deyir.

A.Məhərrəmov bildirib ki, onlar yaşlı nəslin nümayəndələri, bəxtini açdırmaq istəyən gənc qızlar, qabağa getmək istəyən müğənnilər və başqalarıdır:

“Qadınlar yanıma gəlib soruşur ki, övladım ali məktəbə daxil olacaq, ya yox, yaxud yoldaşım xəyanət edir, yoxsa etmir. Çox az hallarda xanımlar işləri ilə əlaqəli gəlirlər. Həmçinin sevgililərindən ayrılmış qızlar gəlib deyir ki, o, ya mənim olmalıdır, ya da ölməlidir”.

Ekstrasens qeyd edib ki, hətta cadu etdirmək istəyənlərin arasında böyük məbləğdə pul təklif edən tanınmış şəxslər də olub.

Onun sözlərinə görə, onun yanına gələnlər arasında müğənnilər də var:

“Ya sponsor tapmaq üçün gəlirlər, ya da kiminsə evini yıxıb qabağa getmək üçün”.

A.Məhərrəmov bildirib ki, ona vəzifə dəyişikliyi məqsədilə vəzifəli şəxslər də müraciət edib.

Həmçinin oxuyun

Bu gün faşizm üzərində qələbədən 79 il ötür

Bu gün Azərbaycanda faşizm üzərində Qələbə günü qeyd edilir. Faşizm üzərində qələbədən 79 il ötür. …