Ana səhifə / Cəmiyyət / Şeyx Əbdül Səttar Möhbalıyevə səsləndi: “60 ildir, Həmkarlar İttifaqından bir qəpik dəstək görməmişəm…”

Şeyx Əbdül Səttar Möhbalıyevə səsləndi: “60 ildir, Həmkarlar İttifaqından bir qəpik dəstək görməmişəm…”

“Təxminən, bir ay əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müalicəm üçün köməklik göstərilməsi ilə bağlı müraciət etdim. Kinostudiyamızın Həmkarlar İttifaqının sədri Elxan Qasımov mənə zəng etdi ki, dedi, nə kömək istəyirsən? Dedim “nəyə gücləri çatırsa, onu etsinlər”. Öz əziyyətimlə müalicəmi davam etdirirəm. Həkim nəzarətindəyəm, ev şəraitində müalicə alıram, sanatoriyalıq deyiləm. Müalicəmə kömək etsinlər, maddi dəstək versinlər. Xəstə-xəstə sanatoriyaya gedib, orada ölmək istəmirəm. Əlaqə saxlayacaqlarını bildirdilər. Söhbətimizin üstündən beş-altı gün keçib. Amma konkret bir mövqe bildirilmədi, əlaqə də saxlamadılar. Dünyada sadə vətəndaşların, fəhlə sinfinin, kolxozçuların ən böyük dayağı Həmkarlar İttifaqları Konfederasiyalarıdır. İnsanlara böyük dəstək verirlər. Sovet hökuməti vaxtı insanları hər il istirahətə, xaricə göndərərdilər. İndi həmin qaydalar nə dərəcədə qalıb, bilmirəm. Başqalarına nə edirlər-etmirlər, bundan da xəbərim yoxdur, amma fakt mənim məsələm yarımçıq qalıb, nəticəsi olacaq, ya yox, məlum deyil. Bu məsələni Elxan Qasımov yox, Səttar Möhbalıyev həll etməlidir. Elxan Qasımov tələbə yoldaşımdır, dostumdur. Amma bu məsələ onun səalhiyyətində deyil. O, vəzifə borcunu yerinə yetirib, əlaqə yaradıb”.

Bu sözləri Pravda.az-a müsahibəsində Xalq artisti Əbdül Mahmudov deyib.

O, hər kəs vəzifə borrcunu dövlətin qanunlarına, Konstitusiyasına uyğun icra edirsə, bu, yaxşı haldır: “Səttar müəllim, siz məni tanıyırsınız. Təxminən, on il əvvəl görüşümüz olmuşdu. Şah İsmayıl Xətai ilə bağlı görəcəyimiz işdə dəstək göstərməyinizi istəmişdik. Amma həmin vaxt da hansısa səbəbdən görüşümüzün nəticəsi olmadı. Artıq Şah İsmayıl Xətaiyə yox, Şeyx Əbdül Mahmudova kömək etmək lazımdır. Ağır xəstəliklə mübarizə aparıram. İmkanın varsa, fonddan maliyyə ayır. O fonddan ki illərlə ora pul köçürmüşük. 60 ildir, iş təcrübəm var, amma bu illər ərzində Həmkarlar İttifaqı həmişə məndən pul tutub. Qarşılığında bir qəpik dəstək görməmişəm. İndi ikinci Şeyx Əbdül Mahmudov yoxdur axı. Biz beş-on min qonorar alırdıq, o puldan həmin vaxtlar görün neçə faiz Həmkarlara gedirdi…”

Həmçinin oxuyun

Baş Prokurorluq “məşqçi işi” ilə bağlı açıqlama yaydı

Baş Prokurorluq 7 yaşlı Fərid Bakarovun ölümünə səbəb olmaqda ittiham edilərək həbs olunan Mehman Xəlilovun …