Ana səhifə / Cəmiyyət / Saleh Məmmədovun qalmaqallı müşaviri şirkətini ləğv etdi

Saleh Məmmədovun qalmaqallı müşaviri şirkətini ləğv etdi

Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun sabiq müşaviri Şahin İbadovun şirkəti ləğv olunub.

Qaynarinfo-nun məlumatına görə, Şahin İbadovun baş direktor olduğu “Bakı Tikinti Konstruksiya” Açıq Səhimdar Cəmiyyəti ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini AZ1000 Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül s/zona, ev 507, mənzil 2096 ünvanına bildirə bilərlər.

Məlumat üçün bildirək ki, Bakı Tikinti Konstruksiyaları ASC 06.09.2002-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 205 092 manat, qanuni təmsilçisi Aslanlı Tural Əli oğludur.

Qeyd edək ki, sözügedən şirkətdə qanunsuzluqlarla bağlı Qaynarinfo-da dəfələrlə məlumatlar dərc edilib. Şahin İbadovun şirkətinin 98.66 faizi səhimləri oğlu Namiq İbadzadəyə məxsusdur.

Əhməd

Həmçinin oxuyun

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini …