Ana səhifə / Cəmiyyət / Rejissor qızına görə filmə yataq səhnəsi salıb – ATA QIZ QALMAQALI… – VİDEO

Rejissor qızına görə filmə yataq səhnəsi salıb – ATA QIZ QALMAQALI… – VİDEO

Çəkilişlərinə 1985-ci ildə başlanan “Bağ mövsümü” filmi yazıçı Elçinin “Dolça” povesti əsasında lentə alınıb. Ssenari müəllifi Elçin, rejissoru Tofiq Tağızadədir.

Filmin istehsal müddəti cəmi 3 ay davam edib. Ekran əsəri Bakının Mərdəkan bağlarında baş verən hadisələrdən bəhs edir. “Bağ mövsümü” filmində Ağabacı obrazını oynamaq üçün Elmira Şabanova, Səfurə İbrahimova və Zemfira Sadıqova dəvət olunur.

Zemfira Sadıqovanın sözlərinə görə bədii şura, ssenari müəllifi Ağabacı roluna onu uyğun bilsələr də, rejissor həmin rola Safura İbrahimovanı çəkmək istəyib. Belə olduqda aktrisa kinostudiyanın direktoruna müraciət edib və məqsədinə çatıb: “Rejissor məni heç cür çəkmək istəmirdi. Mənim oynadığım hissələrin çoxunu filmdən çıxartdı. Amma Leyla Şıxlinskayanın çox kiçik bir rolu olmasına baxmayaraq, rejissor onun üçün ssenaridə olmayan əlavə səhnələr yazdı. Çünki, onun atalığı idi”. Zemfira Sadıqova qeyd edir ki, heç vaxtLeyla Şıxlinskaya ilə münsaibəti yaxşı olmayıb. Artıq çəkilişlərə start verilmişdi. Leyla bilmirdi ki, Ağabacı roluna kim çəkiləcək. Mən qrimimi etmişdim, Ağabacının paltarını da geyinib qrim otağında söhbət edirdim. Birdən Leyla gəlib rusca dedi ki, “icazə verin qrimimizi edək” . “Buyurun” deyib, getdim. Heç məni saymadı da. Leyla özünü elə aparırdı ki, guya məni tanımır. Özündən çox razı qadın idi”. Filmdə “Toplan” kimi təqdim olunan itin əsərdə adı “Dolça”dır. İt filmə Moskvadan gətirilib.Çox ağıllı, baxımlı, bacarıqlı it verilən tapşırıqların hamısını düzgün yerinə yetirib.

90 dəqiqəlik nəzərdə tutulan film rejissor tərəfindən montaj olunaraq 75 dəqiqəyə salınıb. Kirayəşinin arvadını oynayan Leyla Şıxlinskayanın yarıçılaq şəkildə yataqda uzanıb qadınlara məsləhət verdiyi səhnə ssenaridə olmayıb. Rejissor onu ayrıca Leyla Şıxlinskaya üçün yazıb.

Filmin bəstəkarı layiqli populyarlığını qazanmasa da, Azərbaycan filmlərində özünəxas izi ola Xəyyam Mirzəzadədir.

Daha ətraflı video-materialda:

Həmçinin oxuyun

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini …