Ana səhifə / Cəmiyyət / Prezidentin general-mayor rütbəsi verdiyi Elçin Məmmədov kimdir? – DOSYE

Prezidentin general-mayor rütbəsi verdiyi Elçin Məmmədov kimdir? – DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə polkovnik Elçin Əli oğlu Məmmədova general-mayor ali hərbi rütbəsi verilib.

Elçin Məmmədov Daxili Qoşunların Qala qəsəbəsində yerləşən Ali Hərbi Məktəbinin rəisidir.

E.Məmmədov Ali Hərbi Məktəbin rəisi postuna 2023-cü ilin iyun ayında təyin olunub. Həmin təyinatadək o, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin komandiri olub.

Əslən Cəbrayıl rayonundan olan E.Məmmədov Türkiyənin İstanbul Levent Hərbi Akademiyasında ali təhsil alıb və 44 günlük Vətən müharibəsində iştirak edib. O, Ali Baş Komandan tərəfindən ”Vətən uğrunda” medalı ilə təltif edilib.

Həmçinin oxuyun

Azərbaycanda “toy bazarı” bağlandı: Artıq cütlüklər belə evlənirlər

“Kim deyirsə “Manaf Ağayev hər gün toyda olur”, inanmayın, yalan deyirlər, indi hər gün toy …