Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Cəmiyyət / Polislər “Tarqovı”da “təmizləmə əməliyyatı” keçirir – VİDEO

Polislər “Tarqovı”da “təmizləmə əməliyyatı” keçirir – VİDEO

Bakının mərkəzində, “Torqovı” kimi məşhur olan Fəvvarələr meydanında polislər “ərəb ovu”na çıxan qadınlara qarşı əməliyyat keçirib. Hadisə şəhərin mərkəzində gəzən sakinlərin də diqqətini çəkib.
Mülki geyimli polislər ərəb turistlərlə sövdələşən qadınlara yaxınlaşır, onların qolundan yapışıb yaxınlıqdakı polis bölməsinə aparmaq istəyirlər. Bu zaman qadınlar müqavimət göstərir, onların əlindən çıxmağa çalışırlar. Polislər bu cür əməliyyatlarla şəhərin mərkəzində tüğyan edən əxlaqsızlığın, fahişəliyin qarşısını almağa çalışırlar.
Qeyd edək ki, dünən məsələylə bağlı “Qafqazinfo”ya açıqlama verən Bakı şəhər BPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə və mətbuatda ərəb turistlərin yerli qadınlarla ödəniş müqabilində intim münasibət qurmaq üçün açıq sövdələşmələrə girməsi haqda yayılan məlumatlarla bağlı ərazi polis orqanında müvafiq araşdırma aparılır. Ərazidə ictimai qaydanın, paytaxt sakinlərini və turistləri narahat edən, yaxud sosial şəbəkələrdə tirajlanan iddialarla bağlı məsələlər diqqətdə saxlanılır.
“Bu günədək həmin ərazidən fahişəlik, insan alveri ilə bağlı saxlanılan olmayıb. Çünki bu hallarla bağlı polisə şikayət daxil olmayıb. Amma ərazi fasiləsiz nəzarətdədir və polis əməkdaşları həmin ərazilərdə xidmət aparır. Polis qanunverciliyə uyğun olaraq inzibati tədbirlər həyata keçirir.
İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquq-pozmalara qarşı əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri tərəfimizdən davam etdirilir”, – deyə E. Hacıyev söyləyib.(Unikal.org)

Həmçinin oxuyun

Elmira Axundovadan qalmaqallı məktubla bağlı açıqlama: – “Bəsdirin də, biz min dənə məktub yazırıq”

Sabiq səfir Elmira Axundova Ramiz Mehdiyevə 2018-ci ilin 30 iyun tarixində oğlu Həbib Axundovun adının …