Ana səhifə / Cəmiyyət / “Polis nə edibsə, düz edib!..” – Aynur Camalqızı

“Polis nə edibsə, düz edib!..” – Aynur Camalqızı

“Bütün səmimiyyətimlə deyirəm: polis nə edibsə, düz edib! Təsəvvür etmək belə istəmirəm ki, polis olmasa, ya vətəndaş itaətsizliyi, özbaşınalığı qarşısında azacıq zəiflik göstərsə, vəzifəsinin öhdəsindən gələ bilməsə, bu ölkənin, bu toplumun vəziyyəti necə olar…”.

Bunu “Teleqraf” holdinqin rəhbəri Aynur Camalqızı deyib.

A.Camalqızı qeyd edib ki, polis bu dövlətin də, xalqın da təhlükəsizliyinin qarantıdır, onurğa sütunudur:

“Ordu qədər dəyərlidir. Allah onları qorusun!!! Qaydalar hamı üçündür. Qaydaları, qanunları pozan hər kəs cəzalanmağı da, pis münasibəti də haqq edir… İndiki halda isə müharibə vəziyyətidir, bunu hər kəs qəbul etməlidir! Müharibə, fövqəladə vəziyyət zamanı necə olmalıdırsa, elə də davranmağı, yaşamağı öyrənmək lazımdır. Polis bizi bizim özümüzdən qoruyur. Vəzifəsini yerinə yetirir. Mane olmayaq…”.

Həmçinin oxuyun

Ombudsmanın əməkdaşları təcridxanada jurnalistlər və fəallarla görüşüblər

Azərbaycan Ombudsmanı yanında Milli Preventiv Qrupun (MPQ) üzvləri 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalistlərə və …