Cümə axşamı , May 9 2024
Ana səhifə / Cəmiyyət / Ötən ay 43 nəfərə elmi dərəcə verilməsindən imtina edilib

Ötən ay 43 nəfərə elmi dərəcə verilməsindən imtina edilib

Mart ayında 43 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Bu barədə Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib.

Həmin müddətdə 59 nəfərə fəlsəfə doktoru, 12 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 41 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 2 nəfərə isə imtina cavabı gəlib.

Bundan başqa, keçən ay 22 nəfərə dosent, 5 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 4 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə imtina verilib.

Həmçinin oxuyun

Bu gün faşizm üzərində qələbədən 79 il ötür

Bu gün Azərbaycanda faşizm üzərində Qələbə günü qeyd edilir. Faşizm üzərində qələbədən 79 il ötür. …