Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Əvvəl dost dar gündə tanınardı, indi xoş gündə…”

“Əvvəl dost dar gündə tanınardı, indi xoş gündə…”

“Mən özüm də oruc tuturam və oruc tutanların oruclarının Allah tərəfindən qəbul olunmasını arzu edirəm. Lakin hamı bir-birinin inancına hörmətlə yanaşsa, daha yaxşı olar. Çünki dünyagörüşü insanlarda müxtəlifdir. Amma hamı bir-birilə mehriban olsa, qayğı ilə yanaşsa, daha yaxşı olar”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış meyxanaçı Namiq Məna söyləyib.

Söz ustadı Ramazan ayında insanların bir-birilə mübahisə etmələrindən, habelə qəlbqırıcı sözlərin işlədilməsinin söz açıb:

“Unutmaq lazım deyil ki, kiməsə olunan yaxşılıq və pislik elə bu dünyanın özündə insanın qarşısına çıxır. Təkəbbürlükdən kənar olmaq, sadəlik, insanların qəlblərinə toxunmamaq daha gözəldir. 

Elə insanlar var ki, öz hisslərini cilovlaya bilir, elələri də var ki, bacarmır. Bunun da axırı paxıllığa və qısqanclığa gətirib çıxarır. Əvvəl deyirdilər ki, dostu dar gündə tanıyarlar, indi isə deyirlər ki, dostu xoş gündə tanıyarlar. Çünki hər insan hər insanın uğuruna sevinə bilmir, onu həzm, qəbul edə bilmir”. 

Onun fikrincə, bəşər övladı yaranandan bu yana günahlar içərisindədir:

“Kimin günahı yoxdur ki? Hər bir insanın günahı var. Savabı olan da var, günahı olan da. Oruc tutmaq isə o günahların bağışlanmasına böyük dəstəkdir. Mən din adamı deyiləm, sadəcə öz təcrübəmdən söyləyirəm ki, insan oruc tutanda onun daxili saflaşır. Deyilir ki, Ramazan ayı şeytanların zəncirlənən ayıdır. Bu ayda insanlarda təmizlik əmələ gəlir.

Məncə, insanın qəlbinə dəymək yaxşı bir şey deyil. Hamı müvəqqəti ömür yaşayır. Ona görə də çalışmaq lazımdır ki, yaxşılıqdan kənarda qalmayasan. Hansı ki, Hz. Əli də bildirib ki, “təbəssüm və xoş bir söz də sədəqədir”. İnsanların qəlbini xoş etmək gözəldir”. 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …