Cümə axşamı , May 9 2024
Ana səhifə / Cəmiyyət / “Çox nigaranam…” – Həmid Herisçinin xanımı

“Çox nigaranam…” – Həmid Herisçinin xanımı

Tanınmış yazıçı, publisist, aparıcı Həmid Herisçinin vəziyyəti ağır olaraq qalır.

Bu barədə onun həyat yoldaşı İlhamiyyə Rza sosial şəbəkədə məlumat verib.

“Həmidin durumundan nigaran olanlar üçün məlumat verim ki, bu gün əziz dostum Ruslan Ağbabalı təklif etdi ki, gəlib məni və İbrahimi xəstəxanaya aparsın. Sağ olsun. Getdik. Həmidi 2 dəqiqə görə bildim. Çox narahatam. Bu günlərdə çox dostlar zəng edib xəbər tutdular, köməklərini təklif etdilər. Sağ olsunlar. Heç nəyə ehtiyacımız yoxdur. Sadəcə, xahiş edirəm diqqətdə saxlasınlar… Vəziyyəti hələ ağırdır” – deyə İlhamiyyə Rza qeyd edib.

Həmçinin oxuyun

Bu gün faşizm üzərində qələbədən 79 il ötür

Bu gün Azərbaycanda faşizm üzərində Qələbə günü qeyd edilir. Faşizm üzərində qələbədən 79 il ötür. …