Çərşənbə , May 8 2024
Ana səhifə / Cəmiyyət / “Çovdarov ömrünün sonuna kimi türmədə qalmalıydı”

“Çovdarov ömrünün sonuna kimi türmədə qalmalıydı”

Mərhum prezident Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində növbəti əfv fərmanının imzalanacağı gözlənilir. Dövlət Əfv Komissiyası üzvlərinin mətbuata verdiyi açıqlamalar bu məsələni yenidən ictimai müzakirəyə çıxarıb. 

Qeyd edək ki, əfv fərmanının imzalanacağı ilə bağlı xəbərlər birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə iştirakçıları rüşvət və korrupsiyaya görə saxlanılan, sonradan cinayəti məhkəmə tərəfindən sübuta yetirilən şəxslərin bağışlanmasına etiraz edirlər. Onların fikrincə, bu cür yanaşma korrupsionerlərin əl-qolunu daha da açacaq, cəmiyyətdə cəzasızlıq mühiti yaradacaq. 

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə bununla razılaşmır. Hüquq müdafiəçisi Yenisabah.az-a açıqlamasında deyib ki, o və həmkarları ancaq günahsız və xəstə insanların azadlığa çıxması üçün çalışır: “Bizim siyahımızda adları olan şəxslərin bəziləri ağır xəstə, bəziləri isə siyasi məhbusdur. Həmin insanların azadlığa çıxması ədalətin təntənəsi olacaq”. 

N.Cəfəroğlu deyib ki, bəzən elə insanlar həbsdən çıxır ki, onlarla bağlı qərar cəmiyyətdə haqlı narazılığa səbəb olur. Cəfəroğlu buna sübut kimi sabiq MTN generalı Akif Çovdarovla bağlı qərarı xatarladıb: “Çovdarovun azadlığa çıxması narazılıq yaradıb. Mən də o fikirdəyəm ki, bu adam ömrünün axırına qədər türmədə qalmalıydı. Akif Çovdarovun xırda biznesmenlərin başına açdığı oyunu hələ heç kəs açmayıb. Onu niyə azadlığa buraxdılar?! Guya xəstədir, pah!”.

Həmçinin oxuyun

Bakı İstintaq Təcridxanasında bitin yayıldığı bildirilir

1 saylı Bakı İstintaq Təcridxanasında anoplura parazitinin (bit) yayıldığı bildirilir. Bu barədə qadın koloniyasına göndərilən məhkum …