Çərşənbə , May 8 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanlı turistlər xoşagəlməz hallardan niyə sığortalana bilmir?

Azərbaycanlı turistlər xoşagəlməz hallardan niyə sığortalana bilmir?

Azərbaycan vətəndaşları xaricə səfər edəndə və yaxud ölkə daxilində səyahət edəndə xoşagəlməz hallardan sığortalana bilmirlər.

Söhbət Avropa İttifaqı ölkələrinin Bakıdakı səfirliklərinin tələb etdiyi, səyahət müddətində mümkün tibbi xərclərin ödənilməsi məqsədi daşıdığı və bir növ icbari olan səfər sığortasının əldə edilməsindən getmir.

Təcrübə göstərir ki, yola çıxanlar baqajın itməsi və yaxud deformasiyaya uğraması, aviareysin ləğv edilməsi və yaxud təxirə salınması, eləcə də otelin yerinin və şəraitinin əvvəlcədən vəd olunmuş parametlərə uyğun olmaması kimi hallarla da üzləşirlər. Amma Azərbaycanda bu kimi risklərdən sığortalanmaq mümkün deyil. Halbuki, qonşu Rusiyada artıq belə bir sığorta məhsulu bazara çıxarılıb. Turistlər onu əldə edərək ən azı otellə bağlı “sürprizlər”dən sığortalana bilərlər.

Bəs bu təcrübəni Azərbaycanda tətbiq etmək nə dərəcədə realdır? Ölkənin turizm bazarı xoşagəlməz hallardan sığortanı həzm edə bilərmi? “Report” mövzunu ekspertlərlə müzakirə edib.

“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda “Azərbaycan Ekoturizm Assosiasiyası”nın İcraçı direktoru Samir Dübəndi hesab edir ki, Rusiyada sığorta sektorunun turizm sektoru üçün təklif etdiyi məhsul kifayət qədər maraqlı ideyadır, amma onun Azərbaycanda tətbiqi qəliz məsələdir.

“Rusiyada turistlərə təklif olunan sığorta məhsulu onları hətta otel otağının pəncərəsindən açılan mənzərə ilə bağlı risklərdən qoruyur. Məsələn, turistə otağın pəncərəsindən gözəl mənzərə açılacağı deyilə bilər, amma yalnız otelin həyəti görünə bilər. Sığorta şirkəti məsləhət görür ki, belə hal baş verdikdə turist elə birinci gün bu barədə məlumat versin. Bu da sığorta hadisəsi sayılır və müştərilərə təxminən 90 ABŞ dolları birdəfəlik kompensasiya verilir”, – deyə o qeyd edib.

Həmçinin oxuyun

Bakıda indi də taksi tapılmır…

Son günlərdə Bakıda taksi xidməti ilə bağlı müəyyən dəyişikliklər nəzərə çarpır. “Qafqazinfo” xəbər verir ki, …