Ana səhifə / Cəmiyyət / Azərbaycanın bir neçə tarixi və mədəniyyət abidələrində təmir-bərpa işləri aparılacaq

Azərbaycanın bir neçə tarixi və mədəniyyət abidələrində təmir-bərpa işləri aparılacaq

Azərbaycanın bir neçə tarixi və mədəniyyət abidələrində təmir-bərpa işləri aparılacaq.

“Report”un xəbərinə görə, bununla bağlı AMEA-nın müxbir üzvü, professor Cəfər Qiyasi tarixi və mədəniyyət abidələrinin bərpası üzrə hazırlanmış layihələrə baxılması və rəyinin bildirilməsi üçün Mədəniyyət Nazirliyinin “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutuna dəvət olunub.

Görüş zamanı Qobustan rayonu, Mərəzə qəsəbəsindəki “Diri Baba” türbəsinin, Hacıqabul rayonundakı “Pir Hüseyn” xanəgahının və Gəncə şəhərindəki “Tatlar” məscidinin layihələrinə baxılıb və müzakirələr aparılıb.

Həmçinin oxuyun

Baş Prokurorluq “məşqçi işi” ilə bağlı açıqlama yaydı

Baş Prokurorluq 7 yaşlı Fərid Bakarovun ölümünə səbəb olmaqda ittiham edilərək həbs olunan Mehman Xəlilovun …