Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Arif Qazıyev barəsində tibbi ekspertiza keçirilməsi təklif olunub

Arif Qazıyev barəsində tibbi ekspertiza keçirilməsi təklif olunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin  məhkəmə prosesi davam etdirilib. 

Hkim Rahib Salmanovun icraatında olan prosesdə sənədlərin tədqiqi mərhələsi baş tutub.

Hakim bildirib ki, sorğuda Ə.Əbdüləzizlə zərərçəkmiş İxtiyar Həsənovarasında 2150 dəfə telefon əlaqəsi olduğu qeyd olunub.

Lakin Ə.Əbdüləziz öncəki iclaslarda İ.Həsənov ilə telefonla danışmadığını deyib.

Hakim məhkəmə istintaqını tamamlamağı təklif edib, prokuror razılaşsa da, müdafiə tərəfi etiraz edib.

Ə.Əbdüləzizin vəkili vəsatət verərək bu işdə adı keçən Xalq artisti Arif Qazıyevin barəsində psixi ekspertizanın keçirilməsini istəyib. Vəkil bildirib ki, A.Qazıyev işemik insult keçirib və Səhiyyə Nazirliyinin qərarı ilə bu xəstəlikdən əziyyət çəkən insanlarda göz zəifliyi, yaddaş və şüur pozğunluğu ola bilər:

“Arif Qazıyev məhkəmədə iştirak etmədi, ifadə vermədi. Sonradan teleqram vurub xəstə olduğu üçün gələ bilmədiyini qeyd etdi. İstintaqda da o, ifadə verə bilmədiyi üçün polis mayoru evinə gedərək Arif Qazıyevdən ifadə alıb. Arif Qazıyev yaza bilmədiyi üçün o deyib, polis yazıb.

Amma istintaq onun səhhəti ilə bağlı ekspertiza keçirməyib. Xahiş edirəm, məhkəmə ekspertiza təyin etsin və ekspert qarşısında sual qoysun ki, Arif Qazıyev anlaqlıdırmı, şüuru yerindədirmi və hərəkətlərini dərk edirmi?”

Ə.Əbdüləziz vəsatəti təsdiqləyib, prokuror isə təmin olunmamasını istəyib. Məhkəmənin qərarı ilə vəsatət təmin olunmayıb.

Proses dekabrın 10-da davam etdiriləcək. (Oxu.az)

Həmçinin oxuyun

Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu …