Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Anardan Qəşəm Nəcəfzadənin adının Şuşa siyahısından çıxarılması haqda REAKSİYA

Anardan Qəşəm Nəcəfzadənin adının Şuşa siyahısından çıxarılması haqda REAKSİYA

Azərbaycan Yazıçılar İttifaqının sədri, Xalq yazıçısı Anar Rzayev şair Qəşəm Nəcəfzadənin sabah Şuşaya səfər edəcək şairlərin siyahısından adının çıxarılmasına münasibət bildirib.

O Manset.az-a açıqlamasında Qəşəm Nəcəfzadənin adının hansı səbəbdən siyahıdan çıxarıldığını bilmədiyini qeyd edib.

“Biz onun adını siyahıda vermişdik, olmalı idi, ancaq çıxarılıb. Niyə çıxarılıb, bilmirəm. Qəşəmin adını kim çıxardıb xəbərim yoxdur. O məni ittiham edə bilməz, çünki mən onun adını siyahıda vermişdim. Mümkünsə onun da adını siyahıya daxil etsinlər, getsin!”.

Həmçinin oxuyun

Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu …