Çərşənbə , May 8 2024
Ana səhifə / Cəmiyyət / Əbülfəs Qarayevin həyat yoldaşı: “Heç maraqlanmıram da”

Əbülfəs Qarayevin həyat yoldaşı: “Heç maraqlanmıram da”

Xəbər verdiyimiz kimi, Kütləvi İnformasiya Vasitələrində (KİV) keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin dövründə “yeyilən” daha bir milyonluq məhkəmə işinin araşdırılacağı və bundan sonra sabiq nazirin həbs olunacağı ilə bağlı məlumatlar yayılır.

Məsələ ilə bağlı Qaynarinfo-nun əməkdaşı Əbülfəs Qarayevin həyat yoldaşı Lalə Kazımova ilə əlaqə saxlayıb və onun yazılanlara münasibəti belə olub: “Mən bu məsələlərlə bağlı nə maraqlanır, nə də hansısa saytlardan oxumuram. İşlərimiz o qədər çoxdur ki, həyat yoldaşım haqqında yazılanları oxumağa vaxtım çatmır. Bütün bu məsələlərə baxmayaraq, Əbülfəs müəllim yaxşı olmağa çalışır. Allah can sağlığı versin”.

Həmçinin oxuyun

Bakı İstintaq Təcridxanasında bitin yayıldığı bildirilir

1 saylı Bakı İstintaq Təcridxanasında anoplura parazitinin (bit) yayıldığı bildirilir. Bu barədə qadın koloniyasına göndərilən məhkum …