Ana səhifə / Cəbhə Xəbərləri / Qarabağda erməni əsgəri aşkarlandı: Akopyan bu ərazidə gizlənibmiş…

Qarabağda erməni əsgəri aşkarlandı: Akopyan bu ərazidə gizlənibmiş…

Lokal antiterror tədbirlərindən sonra təslim olmayıb dağlıq ərazilərdə, meşələrin dərinliklərində gizlənmiş erməni silahlılarının olması ilə bağlı məlumatlar verilmişdi. Onlar hələ də nəyəsə ümid edib gizlənərək partizanlıqla, müəyyən ambissiyalarını reallaşdıracaqlarını düşünürlər. Sözsüz ki, bu mümkün deyil. Azərbaycanın güc strukturları həmin ərazilərdə təmizləmə prosesini ardıcıllıqla davam etdirir. Ona görə də, kimlərsə, hansısa ümidlərlə orada sona qədər qalacaqlarını düşünürsə, yanılırlar.

Bunu hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, bu günlərdə Qarabağdakı qondarma rejimin “ordu”sunda xidmət keçən erməni əsgərinin aşkarlanması bir çox məsələlərə aydınlıq gətirmiş oldu:

“Ərazidə qanunsuz silahlıların, terrorçuların qalması ehtimalları daha da gücləndi. Sadəcə olaraq burada bir çox qaranlıq məqamlar var. Bir aya yaxın erməni silahlısının həmin ərazidə qalması maraqlı suallar yaradır”.

Polkovnikin fikrincə, erməni silahlısı Rafael Akopyan sentyabrın 19-20-də baş tutmuş lokal antiterror tədbirləri zamanı fərarilik edərək döyüş mövqeyindən qaçıb:

“Amma onun bir ay müddətində necə qidalanması, tabe olduğu hərbi bölmə ilə əlaqəsinin olmaması və harada, hansı şəraitdə gizlənə bilməsi müəmmalıdır. Çox güman ki, o yalan danışır. Həmin silahlı ilə bağlı yayılan görüntülərdə də onun üz cizgilərində bir ay ərzində ancaq dağlarda giləmeyvə ilə qidalanmasını əks etdirən əlamətlər yoxdur”.

Üzeyir Cəfərova görə, həmin erməni silahlı Azərbaycan ərazisində aşkar edilibsə, Qızıl Xaç Komitəsinin onu İrəvana necə aparması da qaranlıq qalıb:

“Əgər onun əlində silah olubsa, Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verlməli idi. Azərbaycanın iki əsgəri pis hava şəraitinə görə Naxçıvan istiqamətində Ermənistan ərazinə keçdiyindən onlara qondarma məhkəmə quruldu. Ona görə, Erməni silahlısının müəmmalı şəkildə buradan qaçırılması məsələsi aydınlaşmalıdır”. teleqraf.com

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …