Cümə axşamı , May 9 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Ordumuzda NƏ BAŞ VERİR? – İmkanı olan büdcəni dağıdıb…

Ordumuzda NƏ BAŞ VERİR? – İmkanı olan büdcəni dağıdıb…

Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs edilib. Hərbi Prokurorluqdakı mənbənin verdiyi məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. O, Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir. Hazırda istintaq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda məhkəmə bununla bağlı qərar verəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin şöbəsi rəisi Rafael Xəlilov, “N” hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu saxlanılıb. Onların barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir. DİA.AZ-ın məlumatına görə, hərb sahəsində genişlənən həbs dalğaları ilə bağlı “Sherg.az”a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Müdafiə Nazirliyinin yüsək vəzifəli zabitlərinin DTX tərəfindən saxlanılması hər birimiz üçün xoş olmayan hadisədir:

“İstənilən halda, bu halların baş verməsi onu göstərir ki, 44 günlük qələbəni əldə edən əsgərlərimiz 3 metrlik qarda, boranda döyüş vəzifələrini yerinə yetirərkən bəzi ləyaqətsiz zabitlər orduya və əsgərə ayrılan vəsaitləri mənimsəməklə məşğul olublar. Daha əvvəl verdiyim müsahibələrdə də bildirmişdim ki, həbs olunanların siyahısı genişlənə bilər. Bu həbslər də mənim ehtimallarımı doğruldur”.

Ekspert vurğulayıb ki, kadrların seçilmə prosesi gücləndirilməlidir:

“Bu insanların acgözlüyü heç bir halda qalib ordumuza və onun şəxsi heyətinin nüfuzuna xələl gətirməməlidir. Əksinə, bu hadisələri ordumuzun ziyankarlardan daha erkən təmizlənməsi baxımından müsbət nəticələrə gətirib çıxaracağını ehtimal edə bilərik. Belə hallara 2014-cü ildən sonra mütamadi olaraq rast gəlirik.

Görünür, kadrların seçilməsində də Müdafiə Nazirliyində ciddi qüsurlara yol verilir. Son 200 ildə qanı və canı bahasına düşmən ordusunu darmadağın edən, onu dizi üstünə çöktürən zabit və əsgərlərimiz üçün nəzərdə tutulan vəsaiti mənimsəyən insanlar, bu fəaliyyyətə şərik olanlar və onların qanunsuz fəaliyyətinə göz yumanlar heç bir halda zabit rütbəsi daşımamalıdırlar”.
 

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …