Cümə axşamı , May 9 2024
Ana səhifə / Cəbhə Xəbərləri / “İtkilər arasında hərbçilərimiz yoxdur” – Ukrayna Silahlı Qüvvələri

“İtkilər arasında hərbçilərimiz yoxdur” – Ukrayna Silahlı Qüvvələri

“Wall Street Journal” jurnalı ukraynalı mənbələrinə istinadən Donbasda əməliyyat zamanı Ukraynanın yüzlərlə hərbi qulluqçusunun həlak olması barədə məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnıy isə ukraynalı hərbçilərin həlak olması barədə məlumatları təkzib edib.

“Hazırda ukraynalı hərbi qulluqçular arasında itki yoxdur. Biz öz torpağımızdayıq və onu verməyəcəyik”, – deyə Zalujnıy öz rəsmi feysbuk hesabında bildirib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Ukraynadakı vəziyyətlə bağlı daha bir açıqlama yayıb. Məlumata görə, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin aviasiyasını, hərbi infrastrukturunu, hava hücumundan müdafiə vasitələrini, hərbi aerodromlarını sıradan çıxarır.

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …