Bazar ertəsi , May 20 2024
Ana səhifə / Aktual / Sumqayıt-Bakı yolunda nəqliyyatın hərəkəti iflic oldu – FOTO

Sumqayıt-Bakı yolunda nəqliyyatın hərəkəti iflic oldu – FOTO

Bakı Nəqliyyat Agentliyi paytaxtda müşahidə edilən tıxacla bağlı açıqlama verib. 

Qurumdan bildirilib ki, hazırda Bakı-Sumqayıt şosesində Xırdalan dairəsi istiqamətindən başlayaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısına qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 83, 92, 96, 114A, 114B, 135, 199 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.

BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, ilkin məlumata əsasən, yük avtomobili nasaz vəziyyətdə yolun hərəkət hissəsində qalıb:

“Ümumiyyətlə, avtomobillərin texniki sazlığına nəzarət gücləndirilməlidir. Gün ərzində onlarla avtomobil texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalır”.

Həmçinin oxuyun

Rəisinin dəfn tarixi və yeri açıqlandı

Dünən helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və onunla birlikdə vəfat edən şəxslərin …