Çərşənbə , İyul 24 2019
Ana səhifə / Cəmiyyət / Lerikdə Cəlil Baxşıyev “sindromu” – “Seçki məntəqələrindən 40 000 manat pul tələb edir”

Lerikdə Cəlil Baxşıyev “sindromu” – “Seçki məntəqələrindən 40 000 manat pul tələb edir”

Bir neçə gün öncə Lerik rayonunda baş verən özbaşınalıqlar, dövlət əmlakının talanması və Prezident İlham Əliyevin rayona ayırdığı milyonlarla vəsaitin mənimsənilməsi barədə məlumat vermişdik. Həmin məlumatlardan ən çox diqqətçəkəni isə prezidentin sərəncamı ilə 50 yaşayış məqtəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah yolunun tikintisi və yenidən qurulması üçün Lerik rayon İcra Hakimiyyətinə ayrılan 10 milyon manat vəsaitin “yoxa çıxması” idi.

Rayon sakinlərinin verdiyi məlumatda bildirilirdi ki, Lerik Rayon İcra Hamiyyətinə ayrılan 10 milyon manat vəsait mənimsənildiyindən 2016-cı ilə qədər çəkilib-başa çatdırılması planlaşdırılan yol yaraımçıq qalıb. Yolun çəkilən hissəsi isə 1 ili tamamlanmamış dağılıb, qəzalı vəziyyətdədir.

Leriklilər bununla bağlı dəfələrlə yuxarı instansiyalara müraciət etdiklərini bildiriblər. Onların sözlərinə görə, rayon faktiki olaraq, icra başçısının I müavini Cəlil Baxşıyevin nəzarətindədir. Baxşıyevi isə yaxın qohumu, Lerikin deputatı İqbal Məmmədov himayə edir. Hətta icra başçısı Rövşən Bağırov da Cəlil Baxşıyevdən çəkinir. Vəziyyət o həddə çatıb ki, Cəlil Baxşıyev rayonda quruculuq və abadlıq işləri üçün ayrılan vəsaitləri də yaxın adamları arasında bölüşdürür. Belə ki, hazırda rayonun Kələxan kəndində qardaşına dəbdəbəli villa tikdirir. Sakinlər bu villanın tikintisinə sərf olunan material və avadanlıqların da rayonun abadlığı üçün nəzərdə tutulan büdcə vəsaitləri olduğunu iddia edirlər.

Bir qrup Lerik sakinin Qayarinfo.Az-a ünvanladığı müraciətdə bildirilir ki, icra başçısı dəfələrlə Baxşıyevə bunu irad tutsa da, birinci müavin onun iradlarına əhəmiyyət verməyib. O hətta icra başçısını “Lerikdə qonaq” adlandırıb.

“İcra başçısının birinci müavini və deputat İqbal Məmmədovun şəxsi mülkə çevirdiyi rayonda korrupsiya və rüşvətxorluq, məmur özbaşınalığı baş alıb gedir, əhalinin problemlərinin həlli yolunda heç bir addım atılmır. Üstəlik, prezidentin ayırdığı vəsaitlər də havaya sovrulur”, – bunu sakinlər yazır.

Rayon sakinləri bildirirlər ki, Cəlil Baxşıyev bütün idarələrdən pul toplamaqla yanaşı, seçki prosesinə də müdaxilə edir, bu prosesdən də qazanc məqsədilə istifadə edir: “İcra başçısının birinci müavini YAP-ın rayon təşkilatının sədri Elxan Qəmbərova tapşırıq verib ki, 78 saylı DSK üzrə bütün məntəqə sədrləri və üzvlərindən 100 manatdan pul toplasın. Yəni hər üzvdən 1 ayın əməkhaqqısı tələb olunur. Baxşıyev göstəriş verib ki, pul verməyən şəxslər isə üzvlükdən üzaqlaşdırılıb yeniləri ilə əvəzlənsin. Ümumilikdə, seçki məntəqələrindən 40 000 manat pul tələb edir. Sentyabrın 26-da keçiriləcək Referenduma hazırlaşan rayonda ciddi narazılıq yaşanır. Belə ki, Lerik rayonunda 100-ə qədər seçki məntəqəsi, hər məntəqənin 4 üzvü var. Ümumi məntəqələrdə 400 üzvün olduğunu nəzərə alsaq, bu da 40 000 min manat pul edir”.

Məntəqə seçki komissiyasının üzvü olan rayon sakinləri də belə halların dəfələrlə müşahidə edildiyini iddia edirlər. Belə ki, ötən il parlament seçkilərində də Baxşıyevin özbaşınalığı diqqət çəkib: “Qohumu və himayədarı İqbal Məmmədovun xeyrinə bütün qanunsuz addımları atan Baxşıyev hətta rayonda ciddi nüfuzu olan, sözügedən 50 yaşayış məntəqəsində seçiilərin etimadını qazanan namizədlərdən biri – İlham İbadovu da saxta yollarla seçkidən kənarlaşdıra bilib. O, İbadovun xeyrinə imza verən şəxslərdən izahat alddırmaqla onun namizədliyinin DSK tərəfindən ləğv edilməsinə nail olub. Bu tapşırığı isə ona İqbal Məmmədov verib. Nəticədə İqbal Məmmədovun “alternativsiz namizəd” olduğunu təmin edib. Bu gün də əvəz olaraq, İqbal Məmmədov onun bu “xidmət”lərini qiymətlədirir”.

Hazırda Cəlil Baxşıyevin nəzarətində olan Lerikdə vətəndaş naraılığı hökm sürür. Belə ki, rayonun Orand kəndinin 250-dən çox sakini ölkə başçısına müraciət edərək I müavinin qanunsuz əməllərinə, ayrı-seçkiliyə əsaslanan fəaliyyətinə son verməyi tələb ediblər. Orand kənd sakinlərinin ölkə mediasına ünvanladığı müraciətdə də Baxşıyevin rayonda xaotik bir vəziyyət yaratdığı diqqət çəkir. Sakinlər müraciəti imzaları ilə təsdiqləyərək Prezidentdən kömək istəyiblər.

Müraciətdə qeyd olunur ki, bir neçə gün öncə Lerik rayon İcra Hakimiyyətinə ayrılan 10 milyon manat vəsaitin “yoxa çıxması” və Noda-Şingədulan-Xanəgah yolunun tikintisinin yarımçıq qalması ilə bağlı məlumatlar mediada yayıldıqdan sonra icra başçısı Rövşən Ağayev təcili Prezident Adminstrasiyasına çağırılıb: “Böyük ehtimalla ondan 10 milyon manatın hesabatı tələb olunub. Çox güman ki, Bağırov bununla bağlı məsuliyyəti Cəlil Baxşıyev və deputat İqbal Məmmədovun üzərinə atıb”.

Görünən odur ki, Lerik rayonundakı sosial narazılıq Referendumdan sonra ciddi kadr dəyişikliklərinə səbəb olacaq.

Müraciətdə qeyd olunan iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

Elzadan daha bir rüsvayçı şeir: “Sən məni aldın, mən sənə verdim”

Əməkdar artist Elza Seyidcahan növbəti şeirini təqdim edib.  Şəxsi instagram hesabında izləyiciləri ilə paylaşdığı “Metamarfozlar” …

Bir cavab yazın